Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
"DİA-AZ" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.









