ABŞ-ın silahının tükənməsi səbəbindən İranla müharibədən çəkildiyinə inanların sadəlövhlüyünə təəccüblənirəm. Söhbət ildə 1 trilyon dollardan çox hərbi büdcəsi olan dövlət gedir. Belə bir dövlətin 40 gün bombardmana qüdrəti çatmaması mümkünmü?
Şəxsən mənim fikrimcə, ABŞ-ın bombası qurtarmayıb. Ona bu atəşi region dövlətlərin qucağına atıb ortadan çıxmaq lazım idi və Məkkə sazişi ilə buna nail oldu. Bundan sonra İran təhlükəsini bitirmək Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının probleminə çevrildi. Yaxın zamanlarda bu üçlüyə Misir, İordaniya, Sudan, Qətər, Küveyt və digər ərəb ölkələrinin də qoşulacağını izləyəcəyik.
Heydər OĞUZ - "DİA-AZ"









