Bir müddət əvvəl adı İsrailə casusluqda çəkilən və həbs edildiyinə dair barəsində məlumatlar dolaşan İranın eks-prezidenti Mahmud Əhmədinejad siyasi kuluarlarda peyda olub.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə İran mediası şok fotogörüntülər paylaşıb. Mahmud Əhmədinejad Məqsədyönlülük Şurasının avqustun 9-da keçirilən iclasında iştirak edib.
Mətbuatda onun iclasdan çəkilmiş fotoşəkli dərc edilib. Lakin Əhəmədinejadın Məqsədyönlülük Şurasının iclasına nə üçün dəvət edildiyi barədə açıqlama verilmir.









