«Best Auto Service» MMC (VÖEN: 1306258141) dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına əlavə edilib.
"DİA-AZ" xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərar verib.
Məlumata görə, buna səbəb - «Best Auto Service» MMC-nin müqavilə öhdəliklərinə əməl etməməsi göstərilib. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 6 aylığına, yəni 2027-ci ilin fevral ayının 6-a qədər qadağan edilib.
Qeyd edək ki, «Best Auto Service» MMC 2019-ci ilin avqust ayının 29-u dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əsgərov Nizam Məmmədşah oğlu olan şirkətin nizamnamə kapitalı 500 manatdır.
Bildirək ki, bu şirkət müxtəlif dövlət qurumlarının avtomobillərinə texniki xidmət göstərir. Belə ki, bir il ərzində (25.12.2024/29.12.2025) şirkətlə dövlət qurumları arasında ümumi dəyəri 734 min 950 manat olan 6 satınalma müqaviləsi imzalanıb.
Şirkətlə dövlət qurumları haqqında imzalanmış satınalma müqavilələri daha ətraflı:
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
|
|
1 |
İpoteka və Kredit Zəmanət Fondu |
Avtonəqliyyat vasitələrinə texniki xidmətlər |
26 736 |
29.12.2025 19:13 |
|
|
|
2 |
"Dövlət Məşğulluq Agentliyi" PHŞ |
Nəqliyyat vasitələrinin cari təmiri xidmətlərinin satın alınması |
104 761 |
19.11.2025 18:03 |
|
|
|
3 |
"Dövlət Sosial Müdafiə Fondu" PHŞ |
Dövlət Sosial Müdafiə Fondunun Nəqliyyat vasitələrinin əsaslı təmiri xidmətlərinin satın alınması |
140 673 |
27.08.2025 18:53 |
|
|
|
4 |
Ədliyyə Nazirliyi |
Ədliyyə Nazirliyi tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrin istifadəsində olan nəqliyyat vasitələrinin cari və əsaslı təmiri, texniki servis xidmətlərinin satın alınması |
196 494 |
08.08.2025 18:32 |
|
|
|
5 |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti |
Avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, sürtkü yağlarının satın alınması və dəyişdirilməsi |
206 620 |
07.05.2025 17:39 |
|
|
|
6 |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti |
Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması və təmiri |
59 667 |
25.12.2024 15:48 |
|
|
|
CƏMİ - 734 950 |
||||||









