Vətəndaş İrşad mağazalar şəbəkəsindən narazıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.
O qeyd edib ki, İrşaddan aldığı kondisioner cəmi bir ay sonra sıradan çıxıb.
“İrşad”dan aldığım kondisioner düz bir ayın tamamında sıradan çıxıb və işləmir. Hazırda pult ümumiyyətlə işləmir, pərindən isə səs gəlir. Problemlə bağlı mağazaya artıq 4-5 dəfə zəng etmişəm. Lakin hər dəfə eyni cavabı verərək “5 iş günü ərzində baxılacaq” deyib vaxtı uzadırlar və heç bir real tədbir görmürlər.
Evdə azyaşlı uşaqlarım var. Havalar həddindən artıq istidir və bu vəziyyət ailəm üçün ciddi narahatlıq yaradır. İstehlakçı kimi hüquqlarımın pozulduğunu düşünürəm. Xahiş edirəm, məsələ araşdırılsın və “İrşad” tərəfindən qısa müddətdə tədbir görülsün”.









