“Humanitar məsələlərin qəti həlli Bakıda saxlanılan bütün ermənilərin dərhal geri qaytarılması olmadan mümkün deyil. Bu cür humanitar məsələlər həll olunmadan əsl sülhü təsəvvür etmək mümkün deyil”.
Tribuna.az xəbər verir ki, bunu “Daşnaksütun” Partiyasının sədri İşxan Saqatelyan iddia edib.
O daha sonra qeyd edib ki, sülh üçün Azərbaycan Silahlı Qüvvələri “Ermənistanın ərazisi”ndən çıxmalıdır.
Daşnakların rəhbəri daha sonra başqa bir iddia da irəli sürüb. O, Xankəndidən könüllü köçmüş ermənilərin geri qayıtması məsələsinin də sülh sazişində yer almasını “tələb” edib. “Qarabağ ermənilərinin kollektiv qayıtma hüququnun müəyyənləşdirilməsi və bərabərləşdirilməsinə və Ermənistanda azərbaycanlıların məskunlaşdırılması gündəliyinə gəldikdə isə: siyasi və hüquqi baxımdan Qarabağ ermənilərinin qayıtma hüququnun Azərbaycan tərəfindən yayılan “Qərbi Azərbaycan” tezisi ilə eyniləşdirilməsi qəbuledilməzdir”.









