"Alison Hotel" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini donduraraq passiv rejimə keçib.
32gun.az-ın əldə etdiyi məlumata görə, fəaliyyətini dayandıran otel şirkətinin hazırda dövlət büdcəsinə 8.309,52 AZN məbləğində vergi borcu mövcuddur.Qeyd edək ki, cəmi 10 AZN nizamnamə kapitalı olan MMC Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 8, mənzil 29 ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Tural İlham oğlu Umayevdir.




















