“Aegis Voyage Shipmanagement” MMC (VÖEN: 2907356801) və “Anchor Elite Shipmanagement” MMC (VÖEN: 2907350421) ləğv edilir.
"DİA-AZ" xəbər verir ki, ləğvetmə ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. 78 B, ev AHB, mənzil 111 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Aegis Voyage Shipmanagement” MMC 2023-cü ildə yaradılıb. Nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Gogi Churkveidzedir.
“Anchor Elite Shipmanagement” MMC də 2023-cü ildə yaradılıb. Bu şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Edisher Zhgentidir.











