Ermənistan Prezidenti sabah Gürcüstana səfər edəcək .....                     Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Niderland Azərbaycana yeni səfir müavini təyin edib .....                     Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü .....                     İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU .....                     "Qanın içində maşına apardıq, yolda can verdi" .....                     Azərbaycanda buğda istehsalı niyə azalır .....                     Bu tədbirlərlə bağlı xərc normaları artırıldı .....                     ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir .....                     “Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb .....                     Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? .....                     Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək .....                     Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb .....                     ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib .....                     Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? .....                     "Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" .....                     Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü .....                     Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını .....                     Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı .....                     “Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” .....                     Badamdardakı restoranda insident .....                     Sabah icra başçısının şikayətinə baxılacaq .....                     Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi .....                     2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? .....                     Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib .....                     Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ... .....                     "Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" .....                     Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... .....                     İrandan iki ölkəyə müharibə mesajı .....                     Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür .....                     Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib .....                     "Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri .....                     Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu .....                     Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin .....                     Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək .....                     Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb .....                     Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub .....                     TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş .....                     “Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır .....                     Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur .....                 

“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Tarix: 10-05-2025, 05:22 | Çap et
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır?
Azərbaycanda kiberdələduzluq, bank kartlarından oğurluq geniş vüsət alıb. Demək olar ki, hər gün vətəndaşların pul kartlarından minlərlə manatın yoxa çıxması, qəsb edilməsi barədə rəsmi məlumat yayılır. Daxili İşlər Nazirliyinin (DİN) son məlumatında qeyd edilib ki, mayın 6-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3400, 2500, 2000, 1500, 1302, 999, 840, 490, 285, 161, 30, 16, 5 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Qeyd olunub ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər vətəndaşa məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında zərər vurulacaq.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmaq tövsiyə edilir. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə vermək olmaz, çünki təhlükə var!”, - deyə DİN vətəndaşlara müraciət edib

Kartlarından pul “çəkilən” vətəndaşların əksəriyyəti isə deyir ki, kart məlumatlarını heç kimlə bölüşməyiblər. Bəs o zaman sual meydana çıxır: oğrular bu məlumatları necə əldə edirlər ki, vətəndaş soyğuna məruz qalır?

Multi-Media Mərkəzinin rəhbəri, mütəxəssis Osman Gündüz ölkədə əsas problemlərdən birinə çevrilmiş məsələ ilə bağlı öz fikirlərini səsləndirib. Ekspert təsdiqləyib ki, DİN hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı versə də, problem azalmır, əksinə artır və dərinləşir: “Açıq görünür ki, bu, artıq tək-tək hadisələr deyil, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır. Təəccüblənməmək mümkün deyil: axı son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni hər şey artma istiqamətində olub: maarifləndirmə kampaniyaları güclənib, kibermütəxəssislərin sayı xeyli artıb, infrastruktur müasirləşdirilib, DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb, ortada konkret müsbət nəticələr var. Bu Baş İdarə ilə banklar arasında real vəziyyətdə işləyən “anti-fraud system” qurulub və s. Amma maraqlı və absurd olan budur ki, nəticə fərqli istiqamətdə inkişaf edir - kibercinayətkarlıq artır, daha hədəfli və ağıllı formalar alır”.

“Hər gün külli miqdarda talamalar var. Burada nəsə çatışmır və çox güman ki, bu çatışmazlıq texnologiya ilə bağlı deyil, insan amili ilə bağlıdır. Artıq müşahidələrimə əsaslanaraq belə qənaətə gəlmişəm ki, bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır. Sadəcə təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan “yağlı müştərilər” hədəf seçilir. Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq”, - deyə Gündüz əlavə edib.

Onun sözlərinə görə, əgər bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması və ya satışı ola bilməz: “Bu, yüksək səviyyədə məlumat bazasına çıxışı olan şəxslərin, bəlkə də sistemli şəkildə bu məlumatları fırıldaq şəbəkələrinə ötürməsi ilə bağlı ola bilər. Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər. Lakin ən çox ehtimal bank məlumat bazaları ilə bağlıdır”.

“Hesab edirəm ki, fərdi məlumatların qorunması haqqında qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir. Banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar üzrə daxili audit və təhlükəsizlik yoxlamaları həyata keçirilməlidir. Məsuliyyət yalnız istifadəçiyə yox, məlumatı qorumağa borclu olanlara da şamil edilməlidir. Əgər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq”, - deyə mütəxəssis vurğulayıb.

O.Gündüz qeyd edib ki, hər gün açıqlanan statistikalarla yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq: “Belə davam edərsə vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər. Bu, dolayısıyla nəqdsiz ödənişlərə, şəffaflığın zəifləməsinə, rəqəmsal transformasiyaya mənfi təsir göstərəcək. Ümid edirəm təhlükəsizliyə cavabdeh olan əlaqədar qurumlar da baş verənlərin fərqindədir və ciddi tədbrilər görüləcək”.

Ayna.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Prezidenti sabah Gürcüstana səfər edəcək
Dünən, 20:10
Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 19:12
Niderland Azərbaycana yeni səfir müavini təyin edib
Dünən, 17:24
Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü - VİDEO
Dünən, 17:07
İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU - hamı xəstəxanada imiş
Dünən, 17:04
"Qanın içində maşına apardıq, yolda can verdi" - Yasamaldakı dəhşətli qətlin şok təfərrüatı
Dünən, 17:02
Azərbaycanda buğda istehsalı niyə azalır - ƏKSİ OLMALI İDİ...
Dünən, 16:57
Bu tədbirlərlə bağlı xərc normaları artırıldı
Dünən, 16:49
ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir - AKTUAL
Dünən, 16:46
“Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
Dünən, 16:41
Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? - İLGİNC
Dünən, 16:35
Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək - KİV
Dünən, 16:19
Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb - Cloudflare-də qlobal nasazlıq
Dünən, 16:18
ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib - QƏRAR
Dünən, 16:16
Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? – İslamı qəbul edən erməni qayınana…
Dünən, 16:14
"Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" - deputat
Dünən, 16:08
Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Dünən, 16:00
Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını 468 min manata satacaq
Dünən, 15:58
Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı - TENDER NƏTİCƏSİ
Dünən, 15:55
“Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” -ƏKRƏM HƏSƏNOV
Dünən, 15:52
Badamdardakı restoranda insident – Dava salan şirkət əməkdaşı həbs edildi
Dünən, 15:46
Sabah icra başçısının şikayətinə baxılacaq – ŞABRANDA BORC QALMAQALI
Dünən, 15:45
Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
Dünən, 15:33
2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? – Virabyan
Dünən, 15:27
Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib
Dünən, 15:25
Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ...
Dünən, 14:53
"Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" - ÇÜNKİ...
Dünən, 14:49
Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... - İŞİNİ DƏ BELƏ GÖRSƏYDİ...
Dünən, 14:46
İrandan iki ölkəyə müharibə mesajı - Danışıqlar üçün zəmin yoxdur
Dünən, 14:40
Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür
Dünən, 14:33
Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib
Dünən, 14:30
"Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri - Həm restoranda işləyir, həm də...
Dünən, 14:19
Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu – hakim, “peşka”, general və milyarder haqda sərt danışdı
Dünən, 14:16
Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin - TƏFƏRRÜATI
Dünən, 14:14
Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək - KİV
Dünən, 14:13
Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb - Səfir
Dünən, 14:12
Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub
Dünən, 14:10
TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş - İLGİNC
Dünən, 13:12
“Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır - NƏ BAŞ VERİR?
Dünən, 13:08
Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur - İran iqtisadi böhran içində boğulur
Dünən, 13:05
Məktəbli oğluna maşın verən ata - Həbs edildi
Dünən, 13:02
Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ - Gürcüstanda...
Dünən, 13:00
Cəmilə Zauru SUSDURDU - "Nolsun, yaşım 66-dır, mator 35, benzin 98-dir"
Dünən, 12:52
Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:49
İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
Dünən, 12:47
Səhvən əsgər aparılanlar təzminat ala bilərlər - VƏKİL
Dünən, 12:46
LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
Dünən, 12:42
TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı - ARAŞDIRMA
Dünən, 12:40
Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil - Rusiyanın özüdür
Dünən, 12:29
Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu - DETALLAR
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru