"Səba” ASC-nin 18.11.2025-ci il tarixinə saat 15:00-a təyin edilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağının vaxtı dəyişdirilir.
"DİA-AZ" xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1. maddəsinə müvafiq olaraq baş tutmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.2. maddəsinə əsasən həmin Məcəllənin 107-1.8. maddəsində müəyyən edilmiş qaydada “Səba” ASC-nin 18.11.2025-ci il tarixə saat 15:00-a təyin edilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişdirilmədən 24 dekabr 2025-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60 ünvanında “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib.
1. Səba” ASC-nin yeni redaksiyada Nizamnaməsi haqqında;
2. “Səba” ASC-nin Direktorlar Şurası haqqında;
3. “Qarabağ Taxıl” MMC-nin (VÖEN: 5000268351) “Səba” ASC-yə qoşulması haqqında;
4. “Biləsuvar Aqro” MMC-nin (VÖEN: 4100179981) “Səba” ASC-yə qoşulması haqqında;
5. “Səba” ASC-də dividendlərin elan edilməsi haqqında.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60 ünvanında yerləşən Cəmiyyətin ofisində tanış olmaq hüququna malikdirlər.
Ümumi Yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətləri barədə etibarnamə təqdim etməlidirlər.
Əlaqə telefonu: (+99450) 201 20 15 –
Direktor (+99455) 215 08 60 –
Hüquqşünas Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60









