“The California Courier” nəşri Ermənistan Baş naziri Nikol Paşinyanın populyarlığının 2018-ci illə müqayisədə 82%-dən 10%-ə qədər azaldığını bildirir.
Nəşrin iddiasına görə, Ermənistanda son sorğu 2025-ci il oktyabrın 5-dən 25-dək “ARAR” Sivilizasiyalar Araşdırmaları Fondu tərəfindən keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, sorğunun əsas hədəfi Ermənistandakı iqtisadi vəziyyət, hakimiyyətə və Erməni Apostol Kilsəsinı münasibət olub. O cümlədən, Ermənistan hökumətinin xarici siyasətinin düzgün və ya yanlış olduğu, Azərbaycanla sabit, davamlı sülhə münasibət də öyrənilib.
Sorğunun nəticələrinə görə, respondentlərin 62.7 faizi Paşinynaın xarici siyasətini düzgün hesab etməyib.
"Azərbaycanla sülhə danışıqlar yolu ilə nail olmaq olarmı?” sualına 30,5 faiz respondent “bəli” desə də, 69,2 faiz “xeyr” cavabını verib.
İddiaya görə, respondentlərin 65.1 faizi ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanan sülh müqaviləsinin real sülhə gətirib çıxarmayacağı qənaətindədir.
Erməni Apostol Kilsəsinə münasibət isə “heç-heçə” olub. 49% dəstəklədiklərini, 49,3% isə dəstəkləməyəcəklərini bildiriblər.
Nəşrin xəbərinə görə, Paşinyanın artıq konstitusiya layihəsini hazırlayan komissiyanın yaratmaq təşəbbüsü ilə çıxış etdiyi bir vaxtda respondentlər bunun da əleyhinə olublar və 61,3% konstitusiya dəyişikliyini dəstəkləməyəcəyini bildirib.
Nəşr daha sonra iddia edir ki, bu, Paşinyan üçün ciddi problem yaradır. Çünki Baş nazir Azərbaycanı yalnız konstitusiya dəyişiklikləri etməklə razı salmağa çalışır. Bunun üçün isə referendum keçirilməlidir.
İctimai fikrin konstitusiya dəyişikliklərinin əleyhinə olması göstərir ki, Paşinyan gələn il keçiriləcək parlament seçkilərində qalib gəlsə belə, referendum uğursuz olacaq və bu, nəinki Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması perspektivlərini poza, həm də Paşinyanın istefaya göndərilməsi ilə nəticələnə bilər.
Sorğunun təqdimatı göstərir ki, “ARAR”ın gizli məqsədi ictimai rəyə onunümummilli sorğu kimi təqdim edilməsi və ictimai rəyə çaşdırıcı məlumat ötürülməsidir. Çünki sorğunun nəticələrini dərc edən “The California Courier” nəşrində respondent sayı göstərilmir, yalnız fazilər yazılır.
Bu isə onu deməyə əsas verir ki, həm fond, həm də nəşr bilərəkdən yanlış məlumat yayır, Ermənistanda mövcud qarşıdurma fonunda kilsəyə etimad göstərilməsini ictimai fikrə təlqin edirlər.
“Cebheinfo.az”









