Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
"DİA-AZ" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Bayram oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.









