Kənd Təsərrüfatı Nazirliyi EKTİS təkmilləşdirilməsi və yeni altmodulların yaradılması üzrə xidmətlərə 842 972 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, xidməti “Digital Umbrella” MMC həyata keçirəcək.
Nazirlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, bu, birbaşa, tendersiz baş tutub.
Qeyd: Kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi isə Ulduzə Tofiq qızı Xəlilovadır. Şirkətin daha çox bu nazirliyin tenderlərini əldə edir.









