Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə yeni alqı-satqı müqaviləsi bağlayıb.
İqtisadiyyat.az xəbər verir ki, müqavilədə noutbukların satınalınması nəzərdə tutulur.
Müqaviləyə əsasən, 530 ədəd (i5, 15.6, 13-cü nəsil və ya daha üstün, 16GB Ram, 512GB SSD, Windows Pro 11) və 1760 ədəd (i3, 16", 14-cü nəsil və ya daha üstün, 8GB Ram, 128GB SSD, Windows Pro Education 11) noutbuk sifariş edilib.
Sifarişin maliyyə dəyəri 2 milyon 140 min manat müəyyənləşib.









