Ermənilər özlərinə yeni “cəbhə xətti” müəyyən ediblər .....                     Nəsimi RİH-də 47 gün qala bildi: Harasa gedir, yoxsa?.. .....                     Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır .....                     Fatih Altaylı azadlığa buraxılıb .....                     2026-cı ilin birinci yarısında sülh sazişinin imzalanması çətindir .....                     Mühafizə şirkəti iki dövlət qurumunun mühafizəsini təşkil edəcək .....                     Qəzetlərlə bağlı qərar verildi .....                     Nazir Agentliyə yeni rəis müavini təyin etdi .....                     “Ya həbs, ya da...”: Rusiyada azərbaycanlı miqrantlar müharibəyə necə aparılır? .....                     TƏZƏ TƏYİN OLUNMUŞDU: Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Xocavənddə 318 evi 7,8 milyon manata təmir edəcək .....                     Müstəntiqlər Ramiz Mehdiyevin dustaq olduğu EVƏ GƏLDİ... .....                     Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi .....                     Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb .....                     Karapetyandan Paşinyanla bağlı ŞOK .....                     Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ .....                     Milli Qəhrəman Şahin Tağıyev vəfat edib .....                     Rusiya “Qarabağ klanı”nı yenidən format edir .....                     ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilib .....                     "Əlaqələrin qurulması İrəvanın öhdəlikləri yerinə yetirməsindən asılıdır" .....                     Aqil Abbas Ağdamda evlərin alışan materialdan üzlənməsinə etiraz edənlərə CAVAB VERDİ .....                     Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı .....                     İran televiziyasından təxribat: “Sarı gəlin” erməni mahnısı kimi təqdim edildi .....                     İran və Hindistandan 3 manata gətirilən sarıkök marketlərdə 30 manata satılır .....                     Putin Polyanskini Rusiyanın daimi nümayəndəsi təyin etdi .....                     Sahil Babayev ona yüksək vəzifə verdi .....                     Rusiya ilə bağlı bu söz amerikalıların xoşuna gəlmir .....                     “Nar” lotereyasında həyəcan artır .....                     "Hər şeyiniz var: pulunuz, sevgiliniz... amma ruhunuz kasıbdır..." .....                     İki şirkət birləşərək Baş Qərvənd kəndində .....                     Rusiya ilə gərginlik ili... .....                     Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş .....                     Bakıda çalışan əcnəbi iş adamından bp-nin etibarına zərbə .....                     Rusiya-Ukrayna müharibəsi ilə bağlı .....                     Mehdiyevin sadiq kadrı yola salınır .....                     Şəkidə mənzil fondu təmir ediləcək .....                     Ərəstun Oruclunun məhkəməsi başlayır .....                     Emin Əmrullayevə yeni müşavir təyin edildi .....                     “Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub?" .....                     Ərinə 20 manat pula görə şüşə ilə xəsarət yetirən qadına hökm oxundu .....                 

Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Tarix: 9-02-2025, 00:10 | Çap et
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir...
Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşündə bəyan edib ki, 2020-ci ilin payızında Qarabağdakı müharibədə məğlubiyyət “müstəqil və suveren bir ölkəyə sahib olmaq imkanı” yaradıb.

“Deyə bilərəm ki, biz müharibədə məğlub olaraq müstəqil və suveren dövlətə sahib olmaq fürsəti qazandıq”, – onun sözlərini Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Paşinyan həmçinin “müəyyən şərtlər səbəbindən” Cənubi Qafqazda Ermənistanla bağlı çoxlu mənfi münasibətin formalaşdığını qeyd edib.

O, “erməni soyqırımı” ilə bağlı son açıqlamasını xatırladaraq, bunun böyük əks-səda doğurduğunu bildirib və əlavə edib: “Biz başa düşməliyik: elə qüvvələr var ki, onların əsas aləti bizim müstəqil həyatımızı qeyri-mümkün etmək istəyidir. Onlar istəyirlər ki, biz idarə olunan olaq”.

Paşinyan bunu gec başa düşdüyündən təəssüfləndiyini bildirərək, bunu ancaq baş nazir olduqdan sonra anladığını etiraf edib.

“Mən müxtəlif rəhbərlərlə söhbət edirəm və onlar belə deyirlər: Bilirsiniz nə var? Bu dünyada hər kəsin bir rolu var, sizin rolunuz isə əzabkeş olmaqdır.

Ey insanlar, niyə həyəcanlanırsınız? Biz başa düşürük ki, qurban olduq, hətta çox vaxt bizi qurbana çevirən siz oldunuz. Amma biz artıq qurban olmaq istəmirik. Biz sadə insanlar kimi yaşamaq istəyirik. Biz istəyirik ki, Ermənistanda adi vətəndaş normal həyat sürsün və əzabkeş xalqın nümayəndəsi kimi qəbul olunmasın.

Mən düşünürəm ki, bu, çox vacib bir məsələdir və biz bunu milli səviyyədə müzakirə etməliyik. Mən istəmirəm ki, bu, bizim tarixi missiyamız, rolumuz və dünyadakı yerimiz olsun. Biz var gücümüzlə mübarizə aparacağıq ki, əzabkeş olmayaq.

Bu, ritorikadakı dəyişiklikdir və mən hesab edirəm ki, bu ritorikanı reallığa çevirmək tarixi missiyadır. Biz bu missiyanı yerinə yetirmək üçün mübarizə aparacağıq”, – deyə Paşinyan bildirib.

Daha sonra o, Ermənistanın bölgədə xarici müdaxilə və xarici yardımdan asılı olmadan yaşamaq məqsədini qarşıya qoymalı olduğunu qeyd edib. Onun fikrincə, bu, Ermənistanın dayanıqlılığını təmin edə bilər.

“Lakin bu, Ermənistanın müxtəlif geosiyasi mərkəzlər və ittifaqlarla əməkdaşlıq etməməsi anlamına gəlmir”, – Paşinyan izah edib.

“Biz hesab edirik ki, problemlərimizin həllində ilk faktoru özümüz görməliyik. Bölgədə problem yarananda adətən bizim reaksiyamız hansısa regiondankənar gücə müraciət etmək olur. Biz bu baxış bucağımızı dəyişməliyik”, – baş nazir vurğulayıb.

O, həmçinin Ermənistanda ideoloji transformasiyanın baş verdiyini və bunun ilk növbədə hakimiyyətdə hiss olunduğunu bildirib.

“Ermənistanın funksional əhəmiyyətinə – vətəndaşlarının təhlükəsizliyini, rifahını və xoşbəxt gələcəyini təmin etməyə diqqət yetirmək olduqca vacibdir”, – Paşinyan deyib.

“Yalnız bu ideologiya Ermənistana mövcud olmaq şansı verir. Biz bu qənaətə 44 günlük müharibədəki məğlubiyyətdən, onun səthi və dərin səbəblərindən sonra gəldik. Mənim fikrimcə, biz bu məğlubiyyətdən keçərək, bu gün müstəqil və suveren dövlət olmaq fürsəti qazandıq. Uzun müddət düşündüm və belə bir nəticəyə gəldim ki, qurbanlar boşa verilməyib, onlar Ermənistanın suverenliyi naminə verilib. İndi isə biz bu qurbanın yaratdığı fürsəti dəyərləndirməyə fokuslanmalıyıq”, – deyə o əlavə edib və bunun çətin olacağını qeyd edib.

Baş nazirin bu çıxışları Ermənistanın Rusiyaya meylli müxalifət düşərgəsində narazılıq doğurub.

“Paşinyanın hakimiyyətini uzatmaq və Ermənistanı türk dünyasına satmaq üçün ideoloji baza yaratmağa çalışdığı açıq-aydındır”, – deyə Ermənistanın Respublika Partiyasının (eks-prezident Serj Sarqsyanın partiyası) sədr müavini Armen Aşotyan 4 fevral tarixində jurnalistlərlə söhbətində bildirib.

“Vaşinqton və İsveçrədəki çıxışlardan anladım ki, Nikol hər kəsi onun hakimiyyətinin qorunması üçün ideoloji əsaslar yaradılmalı olduğuna inandırmağa çalışır. Bu isə açıq-aşkar əxlaqsızlıqdır. O, mətbuat konfransında avtoritar idarəçi olduğunu etiraf etdi, çünki ideologiyanı dəyişdirmək üçün mandatı yoxdur”, – Aşotyan bildirib.

Hazırkı hakimiyyətin Ermənistanı Avropa İttifaqına üzv olmağa yönəltmək cəhdlərinə toxunan Aşotyan qeyd edib:

“Biz bu barədə danışanda unutmamalıyıq ki, burada Azərbaycan da var. İki gün əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla milyardlarla dollarlıq illik proqram imzaladı, dünən isə Aİ rəsmiləri Bakı ilə intensiv enerji əməkdaşlığının olacağını açıqladı. Aİ insan haqlarını pozan ölkələrə sanksiya tətbiq edəcək qanun qəbul etdi, amma mən əminəm ki, bu, Azərbaycana şamil edilməyəcək”.

Obyektiv baxsaq, Paşinyanın bu bəyanatlarında Azərbaycanın maraqlarına zidd heç nə yoxdur. Əksinə, “əzabkeş” rolundan imtina, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən nəticə çıxarılması, Ermənistanın regiondankənar qüvvələrin müdaxiləsi olmadan problemlərini həll etməyə yönəlməsi – bütün bunlar Ermənistanın qonşuları, Türkiyə və Azərbaycanla davamlı sülh əldə etməsinə töhfə verə bilər.

Üstəlik, Paşinyan bu tezisləri amerikalı ermənilər qarşısında səsləndirib – yəni, ABŞ Konqresində Azərbaycana qarşı destruktiv təşəbbüsləri maliyyələşdirən dairələrə müraciət edib.

Sual budur: Paşinyan bu elan etdiyi kursa nə qədər sadiq qala biləcək və onu bu yoldan çəkindirəcək amillər hansılardır? Daxili müxalifət? Xarici aktorlar?

Tanınmış israilli analitik, siyasi və ictimai xadim David Eydelman bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

“Hər bir xalqın həyatında elə anlar olur ki, sadə dillə desək, artıq asılılıqdan qurtulmağın, miflərdən, qorxulardan, kabuslardan imtina etməyin və ayılmağın vaxtıdır. Ayılmaq – normal, uğurlu və səmərəli olmaq üçün çox çətindir. Bu, istənilən xalq üçün çətindir, xüsusilə də ermənilər üçün, çünki onlarda təkcə tarix mifləşdirilməyib (ümumiyyətlə, tarix müəyyən dərəcədə bütün xalqlar üçün mifləşdirilib). Ermənilərdə ümumiyyətlə reallıq haqqında təsəvvürlər mifləşdirilib. Dünyanın obrazı, dünyadakı yerimiz, bu dünyada rolumuz, çəkimiz və s. hamısı miflərlə örtülüb.
Mən bunu yaxşı anlayıram, çünki yəhudiyəm. Bu baxımdan bizim oxşar problemlərimiz var. Amma görürəm ki, ermənilər arasında bu problemlər hətta yəhudilərlə müqayisədə daha kəskin şəkildə şişirdilib və tamamilə qeyri-adekvat vəziyyətə gətirilib”, – deyə siyasi texnoloq bildirib.

Onun sözlərinə görə, Paşinyanın vəzifəsi ölkəni bu ayılma səviyyəsinə gətirmək idi.

“O, bunu daha yumşaq bir yolla – sülh danışıqları yolu ilə edə bilərdi. Əgər o, hakimiyyətə gələn kimi sülh prosesinə başlasaydı, danışıqların hansı nəticə verərməsindən asılı olmayaraq, Ermənistan 2020 və 2023-cü illərdəki iki Qarabağ müharibəsindən sonra əldə etdiyindən daha çox şey əldə edərdi. Lakin Paşinyan bir şeyi anladı – erməni xalqı Qarabağı döyüşdə itirməyə, güc yolu ilə əllərindən alınmasına, danışıqlar yolu ilə razılığa gəlib əvəzində nəsə qazanmaqdan daha çox hazırdır. Onlar nəyisə qazana bilərdilər, müəyyən şərtlər irəli sürə bilərdilər, çox şey edə bilərdilər. Lakin onlar üçün bunu sadəcə müharibədə itirmək daha asan oldu.
Üstəlik, 2020-ci ilin birinci müharibəsindən sonra məndə və digər müşahidəçilərdə belə bir hiss var idi ki, ermənilər nəhayət anlayacaqlar və Qarabağ məsələsində müəyyən güzəştlərə gedəcəklər. Müəyyən razılaşmalar əldə edəcək, oradakı ermənilərin hüquqlarını qorumağa çalışacaqlar.
Amma yox! Məlum oldu ki, Azərbaycanda və dünyada sülh danışıqları üçün fasilə kimi qəbul edilən şey Ermənistanda yekun nəticə kimi görüldü. Amma məsələ hələ bağlanmayıb. Bu məsələ yalnız Ermənistan Azərbaycanla razılaşma əldə etdikdə həll olunacaq.
Paşinyan, Qarabağ klanından və öz sələflərindən fərqli olaraq, yaxşı başa düşür ki, Ermənistanın Azərbaycanla sülh anlaşması olmadan gələcəyi olmayacaq. Sadəcə olmayacaq. Əgər Azərbaycan üçün bu, inkişaf, iqtisadi rifah, təhlükəsizlik və kommunikasiyalar məsələsidirsə, Ermənistan üçün bu, birbaşa varlıq-yoxluq məsələsidir. Ermənistan üçün sağ qalma məsələsidir. Ona görə də Ermənistan razılaşmaya gəlməlidir. Amma Ermənistan 2018-ci ildə buna hazır deyildi. 2020-ci il müharibəsindən sonra da hazır deyildi. Hətta indi belə onu danışıqlara razı salmaq çox çətindir”, – deyə analitik vurğulayıb.

"Axı nə baş verdi? Çox uzun bir yol qət edildi. Xatırlayın, 90-cı illərin əvvəlindən – Sovet İttifaqının dağılmasından, Xocalı soyqırımından sonra Ermənistanın əlində bütün kartlar var idi. Daha böyük zabit korpusu, daha geniş hərbi heyət, daha çox əsgər. Üstəlik, daha çox millətçi və döyüşməyə hazır olan cəmiyyət. Daha çox müttəfiq və s.
Lakin illər keçdikcə onlar bir-bir bu kartlarını itirdilər. İndi isə onların cəmi iki kartı qalıb – Zəngəzur dəhlizi və sərhədlərin delimitasiya-demarkasiyası və qonşularla sülh əldə etmək. Hansı ki, Azərbaycanın onlardan istədiyi də məhz budur. Əgər bu iki kartı da düzgün oynaya bilməsələr, vəziyyətləri daha da pisləşəcək.
Paşinyan bunu yaxşı anlayır. Ona görə də indiki bəyanatlarını verir və prosesi irəli aparmağa çalışır. Amma bunu bacaracaqmı? Ona nə mane ola bilər? Əvvəla, ona öz xarakteri mane ola bilər – bu, Nikol Paşinyan adlı siyasətçinin mahiyyətidir. Çünki siyasətçi Nikol Paşinyan “vau-effekt”lə işləyir. O, yaxşı və pis mənada populistdir. O, heç vaxt populyarlığını artırmadan sata bilməyəcəyi bir şeyi etməyəcək.
Bu baxımdan o, məsələn, Heydər Əliyevdən fərqlənir. Heydər Əliyev bir vaxtlar Ermənistanla barışığa getdi, çünki başa düşürdü ki, əgər bu barışıq olmasa, Ermənistanın arxasında Rusiya dayanır və Azərbaycan hər şeyini itirə bilər. Ona görə də Heydər Əliyev olduqca qeyri-populyar bir qərar qəbul etdi – Ermənistanla barışığa getdi. Onun komandası buna qarşı idi. Onun ən yaxın köməkçiləri buna qarşı idi. Lakin o, bunu etdi, çünki nə lazım olduğunu bilirdi. Populyar olmasa da, lazım idi.
Paşinyan isə belə bir şeyə qadir deyil. O, qeyri-populyar addım ata bilməz. O, daim “vau!” axtarır. Əgər bu “vau!” olmasa, onda onun üçün bunların mənası nədir? Ona görə də, əgər o birdən görsə ki, erməni cəmiyyəti bunu istəmir, əksinə, qarşıdurma istəyir – o, qarşıdurmaya gedəcək.
Bu, Nikol Paşinyan adlı siyasətçinin mahiyyətidir. Məhz elə Nikol Paşinyan özü həm sülh müqaviləsinə nail ola, həm də buna mane ola bilər”, – deyə David Eydelman yekunlaşdırıb.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər özlərinə yeni “cəbhə xətti” müəyyən ediblər - KİV
Bu gün, 18:13
Nəsimi RİH-də 47 gün qala bildi: Harasa gedir, yoxsa?.. - AKTUAL
Bu gün, 18:09
Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
Bu gün, 18:05
Fatih Altaylı azadlığa buraxılıb - NTV
Bu gün, 18:00
2026-cı ilin birinci yarısında sülh sazişinin imzalanması çətindir - ŞƏRH
Bu gün, 17:59
Mühafizə şirkəti iki dövlət qurumunun mühafizəsini təşkil edəcək – 1 MİLYONLUQ TENDERLƏR
Bu gün, 17:57
Qəzetlərlə bağlı qərar verildi - Gələn ildən fəaliyyətləri belə olacaq
Bu gün, 17:53
Nazir Agentliyə yeni rəis müavini təyin etdi - FOTO
Bu gün, 17:50
“Ya həbs, ya da...”: Rusiyada azərbaycanlı miqrantlar müharibəyə necə aparılır? – ŞOK AÇIQLAMA
Bu gün, 17:45
TƏZƏ TƏYİN OLUNMUŞDU: Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:42
Xocavənddə 318 evi 7,8 milyon manata təmir edəcək - ŞİRKƏT MƏLUM OLDU
Bu gün, 17:18
Müstəntiqlər Ramiz Mehdiyevin dustaq olduğu EVƏ GƏLDİ... - BU DƏFƏ BUNA GÖRƏ...
Bu gün, 17:12
Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi
Bu gün, 17:08
Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində qalmaqal (VİDEO)
Bu gün, 17:03
Karapetyandan Paşinyanla bağlı ŞOK - KİV
Bu gün, 17:01
Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ - “Fulbright”lı nazir “BİRİNCİ” olmaq istəyir?
Bu gün, 16:59
Milli Qəhrəman Şahin Tağıyev vəfat edib - FOTO
Bu gün, 16:55
Rusiya “Qarabağ klanı”nı yenidən format edir - GƏLİŞMƏ
Bu gün, 16:49
ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilib - HƏR HALDA...
Bu gün, 16:46
"Əlaqələrin qurulması İrəvanın öhdəlikləri yerinə yetirməsindən asılıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Aqil Abbas Ağdamda evlərin alışan materialdan üzlənməsinə etiraz edənlərə CAVAB VERDİ - "Elə bir güclü nöqsan deyil"
Bu gün, 16:40
Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı - SİYAHI
Bu gün, 16:38
İran televiziyasından təxribat: “Sarı gəlin” erməni mahnısı kimi təqdim edildi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:35
İran və Hindistandan 3 manata gətirilən sarıkök marketlərdə 30 manata satılır - AXI NİYƏ?
Bu gün, 16:29
Putin Polyanskini Rusiyanın daimi nümayəndəsi təyin etdi
Bu gün, 16:28
Sahil Babayev ona yüksək vəzifə verdi - ƏMR
Bu gün, 16:24
Rusiya ilə bağlı bu söz amerikalıların xoşuna gəlmir - Zelenski
Bu gün, 16:22
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir
Bu gün, 16:17
"Hər şeyiniz var: pulunuz, sevgiliniz... amma ruhunuz kasıbdır..." - Nura Suri
Bu gün, 16:14
İki şirkət birləşərək Baş Qərvənd kəndində 235,4 milyon manatlıq tikinti işləri görəcək
Bu gün, 16:08
Rusiya ilə gərginlik ili... - Təyyarə qəzasından Mehdiyevin cəzasına qədər uzun bir yol
Bu gün, 16:05
Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş - Fotolar
Bu gün, 16:01
Bakıda çalışan əcnəbi iş adamından bp-nin etibarına zərbə - KEVİN ROBERTSİNƏ QARŞI DƏLƏDUZLUQ İDDİASI
Bu gün, 15:55
Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK
Bu gün, 15:54
Mehdiyevin sadiq kadrı yola salınır - İDDİA
Bu gün, 15:52
Şəkidə mənzil fondu təmir ediləcək - 300 minlik tender qazanan "Elşən" MMC kimindir?
Bu gün, 15:46
Ərəstun Oruclunun məhkəməsi başlayır
Bu gün, 15:43
Emin Əmrullayevə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 15:34
“Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub?" - deputat
Bu gün, 15:32
Ərinə 20 manat pula görə şüşə ilə xəsarət yetirən qadına hökm oxundu
Bu gün, 15:22
Azərbaycan alıcısı erməni malını alacaq? - AKTUAL
Bu gün, 15:18
Türkiyə və Rusiyanı üz-üzə gətirmək istədilər - AMMA...
Bu gün, 15:16
Azərbaycanda rayon ağsaqqalı “Şaxta baba”nı maşınla vurub - TƏFƏRRÜAT
Bu gün, 15:10
ABŞ və Ermənistan həlledici sferalarda yeni birgə təşəbbüslər başladır - Səfir
Bu gün, 15:07
Taksilər avtobus zolağından istifadə etsə nə olar? – Ekspertdən açıqlama
Bu gün, 15:02
Təranə qətlə yetirilibmiş - 13 il sonra üstü açıldı
Bu gün, 14:58
Qarabağ ermənilərinin başı dərddədir - Ermənistandan qovulurlar
Bu gün, 14:55
XİN rəhbərləri Azərbaycan neft məhsullarının Gürcüstandan Ermənistana tranzitini müzakirə edib
Bu gün, 14:53
İş yoldaşını öldürən Şahlara AĞIR CƏZA istənildi
Bu gün, 13:48
Ramiz Mehdiyev həbsdən mütəşəkkil dəstəsini idarə edir -Şabranlı sahibkardan İLGİNC MÜSAHİBƏ
Bu gün, 13:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru