AZAL təyyarəsi ilə bağlı müəmma .....                     Xomeynini dəstəklədiyinə görə üzr istədi .....                     Məşhur tütün şirkəti külli miqdarda borca düşüb .....                     “Altec” MMC-nin nizamnamə kapitalı 1 milyon manat azaldılır .....                     Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? .....                     Ukraynalılar müharibəni bitirmək üçün güzəştə hazırdırmı? .....                     Şeyxin nəvəsinin Bakıda daha 3 obyekti fəaliyyətə başladı .....                     "Baş həkim məndən bonus tələb edir, rəsmi sənədləri saxtalaşdırır" .....                     Misir Mərdanovun yeni vəzifəsi məlum oldu .....                     Sabah paytaxtda hava yağmursuz olacaq .....                     Rusiya gerbi dəyişib .....                     "Bir dəfə də olsun... qəbuluna girə bilməmişəm..." .....                     Ermənistan ordusu dünyada neçəncidir? .....                     Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb .....                     Gürcüstanda iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə həbs edilib .....                     Paşinyan Simonyanı yola salır .....                     Məşhur iranlı güləşçi Azərbaycan yığmasına qoşulur .....                     Nazirliyi iqlim stansiyaları, sensorlar, noutbuklar və PUA-lar aldı .....                     Hərbçimiz yol qəzasında həlak oldu .....                     Aygün Kazımovanın qızının bu fotosu təəccübləndirdi .....                     İrəvan sərhədi açmaq istəyir, amma bank qapıları bağlıdır .....                     “Megastore” mağazasına basqın edən şəxsə .....                     Çin regionda ən çox yatırımı Azərbaycana edib .....                     Xalq artisti KİMƏ SƏSLƏNDİ? .....                     Qarabağdan könüllü köçmüş ermənilər .....                     Faydasız avropalıların cəfəngiyyatı .....                     Yerli zəfəranın qramını xaricə 10 manata satıb, Türkiyədən 4 qəpiyə zəfəran gətiririk .....                     Putin və Zelenski arasında 5 ildən sonra ilk telefon danışığı baş tuta bilər .....                     "Hər ay 3–4 dəfə suyumuz kəsilir..." .....                     “Mənə zəng etdilər, dedilər ki, imza at…” .....                     “Kimin nazirliyə sözü varsa, qapımız açıqdır” .....                     “Mövqeyimiz dəyişməyib, hər zaman dövlətimizin yanında olmuşuq” .....                     DOST Agentliyi ehtiyat data mərkəzinin yaradılmasına .....                     "Qala Sığorta"da geri sayım: Yığımlarda 2 milyona yaxın azalma .....                     "Bayram təhlükəsizliyi yollardan başlayır" .....                     İkinci əl maşınları 2026-da nə gözləyir? .....                     Burda rəsmən ZAY MƏHSULU SIRIYIRLAR... .....                     Qalib xalqın qalib idmançıları .....                     “Hara istəyirsiniz müraciət edin, biz qaytarmırıq” .....                     BU NƏDİ BELƏ: Həkim durumu ağır olan körpəni qəbul etməkdən imtina etdi... .....                 

İrəvan sərhədi açmaq istəyir, amma bank qapıları bağlıdır - İLGİNC DETALLAR
Tarix: Bu gün, 11:42 | Çap et

Xəbər verdiyimiz kimi, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan-Azərbaycan sərhədinin açılmasının vaxtının çatdığını deyib:

“Fikrimcə, Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması və dəmir yolu ilə Ermənistan sərhədinə gələn yüklərin oradan multimodal şəkildə yük maşınlarına daşınması və Ermənistan-Azərbaycan quru sərhədindən keçməsi üçün çox yaxşı vaxtdır”.

Papoyan Ermənistanın Azərbaycana ixrac edə biləcəyi malların olduğunu da qeyd edib:

“Kənd təsərrüfatı məhsulları, alüminium folqa, qızıl-zinət əşyaları, ferromolibden, balıq məhsulları”.

Bəs pul köçürmələri, bank əməliyyatları və sığorta mexanizmləri olmadan ticarətin genişlənməsi mümkündürmü? İki ölkə arasında iqtisadi münasibətlərin formalaşması üçün hansı hüquqi və institusional addımlar atılmalıdır? Özəl sektorun bu prosesdə rolu nə qədər həlledici ola bilər? Azərbaycan şirkətləri Ermənistan bazarına maraq göstərə bilərmi, yoxsa risklər hələ də yüksəkdir?

Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Musavat.com-a danışıb.

Onun fikrincə, hazırkı mərhələdə iqtisadi əlaqələrin inkişafı üçün təkcə hər hansı bir faktiki ticari əməliyyatın icrası kifayət etmir:

“Real və davamlı iqtisadi əməkdaşlıq üçün kompleks şərtlər ödənməlidir. Bu tələblər ödənilmədən iqtisadi əlaqələr etibarlı və məqbul səviyyədə genişlənə bilməz.

İki ölkə arasında rəsmi sülh müqaviləsi hələ imzalanmayıb və bu o deməkdir ki, iqtisadi əməkdaşlığın hüquqi bazası yoxdur. Yəni müqavilələrin icrası, mülkiyyət hüquqlarının və investisiyaların qorunması kimi standart beynəlxalq hüquqi mexanizmlər təmin olunmayıb. Məhz hüquqi qeyri-müəyyənlik investorlar üçün böyük risk faktorudur. Həmçinin gömrük prosedurlarının uyğunlaşdırılmaması və texniki standartların fərqliliyi də potensial əngəldir. İkitərəfli əlaqələr üçün bu kimi mexanizmlər uyğunlaşdırılmalıdır. Eləcə də iki ölkə arasında birbaşa bank hesablaşmaları və maliyyə infrastrukturu formalaşmayıb. Bu vəziyyət ticari əməliyyatların üçüncü ölkələr vasitəsilə həyata keçirilməsini tələb edir ki, bu da əlavə vaxt itkisi, xərclər və valyuta riskləri deməkdir.

Bundan əlavə, quru sərhədlərin bağlı olması fiziki infrastruktur maneələri yaradır, nəqliyyat xərclərini artırır. Ən əsası, heç kimə sirr deyil ki, hər iki tərəfin ictimai rəyində hələ də böyük etimadsızlıq mövcud olaraq qalır”.

Vüsalə Əhmədova qeyd edib ki, ticarətin məhdud həcmdə genişlənməsi texniki olaraq mümkündür, lakin iqtisadi baxımdan dayanıqlı və səmərəli deyil:

“Bank ödənişləri və sığorta mexanizmləri olmadan ticarət epizodik və yüksək riskli olacaq. Klassik beynəlxalq ticarət üç fundamental sütuna söykənir. Bunlar ödəniş sistemi, risklərin bölüşdürülməsi və hüquqi icra mexanizmləridir. Bu üçlükdən biri yoxdursa, ticarət institusional iqtisadi fəaliyyət forması almayacaq. Hazırkı mərhələdə bank köçürmələri olmadan bir sıra alternativ mexanizmlər nəzəri olaraq işləyə bilər. Məsələn, nağd hesablaşmalar, üçüncü ölkələr üzərindən ödənişlər, barter və quasi-barter mexanizmləri. Hansı ki, nağd hesablaşmalar yalnız kiçik həcmli əməliyyatlar üçün uyğundur. Orta və böyük biznes üçün praktiki olaraq qəbulolunmazdır. Bu zaman pulun təhlükəsiz daşınması, valyuta nəzarəti, qanunvericilik riski yaranır.

Üçüncü ölkələr üzərindən ödənişlərdə də ticarət faktiki olaraq dolayı xarakter alır, xərclər 10-30% arta bilir, dövlət statistikası və vergi uçotu çətinləşir. Barter və quasi-barter mexanizmlərinə gəlincə, bunlar müasir bazar iqtisadiyyatı üçün geriyədönük modeldir. Xüsusilə də quasi-barter kənd təsərrüfatı mallarının pul olmadan mübadilə edildiyi qeyri-rəsmi mexanizmdir. Həmçinin sığorta mexanizmləri olmadan ticarət zamanı, yükün zədələnməsi və ya müsadirəsi, ödənişin gecikməsi və ya ödənilməməsi, siyasi və fors-major hallar kimi bir sıra risklər yaranır. Qısası, bank əməliyyatları və sığorta mexanizmləri olmadan ticarət, dövlətə yaxın şirkətlər, yüksək mənfəət marjası olan mallar və qısa müddətli spekulyativ əməliyyatlar üçün məqbuldur. Real sektor üçün bu model yararsızdır. Tammiqyaslı ticarət üçün bank kanalları, valyuta əməliyyatları, kredit və sığorta mexanizmləri zəruridir”.

İqtisadçının sözlərinə əsasən, siyasi və hüquqi çərçivə olmadan iqtisadi münasibətlərə başlanılmamalıdır:

“Məsələn, sülh və ya minimum əməkdaşlıq sazişi təkcə siyasi yox, həm də iqtisadi-hüquqi baza rolunu oynayar. Sərhədlərin toxunulmazlığının tanınması və güc tətbiqindən imtina iqtisadi fəaliyyətə təhlükəsizlik zəmanəti verir.

Bundan əlavə, hansı malların hansı rejimlə və hansı marşrutlarla hərəkət edəcəyini müəyyənləşdirən ticarət və tranzit üzrə çərçivə razılaşması tələb olunur. Bura tranzit azadlığı, gömrük prosedurlarının sadələşdirilməsi, qeyri-tarif maneələrinin məhdudlaşdırılması daxildir. Həmçinin investisiyaların qarşılıqlı qorunması sazişi olmadan heç bir ciddi investor bazara daxil olmaz. Ticarət problemlərinin operativ həlli, texniki baryerlərin aradan qaldırılması və biznes şikayətlərinin müzakirəsi məqsədilə birgə texnokratik iqtisadi və ticarət komissiyasının qurulmasını da əlavə edə bilərik. Eləcə də gömrük, standartlaşdırma və sertifikatlaşdırma uyğunluğu həyata keçirilməlidir. Bunun üçün texniki standartların qarşılıqlı tanınması, fitosanitar və sanitar normaların uyğunlaşdırılması, elektron gömrük məlumat mübadiləsi kimi zəruri addımlar atılmalıdır. Ticari mübahisələrin siyasi yox, hüquqi müstəvidə həll edilməsi üçün beynəlxalq (ICC, ICSID) və regional arbitraj mexanizmləri müəyyənləşdirilməlidir”.

İqtisadçı vurğulayıb ki, hazırkı mərhələdə Azərbaycan şirkətlərinin Ermənistan bazarına marağı mümkündür, amma hələ ki, risklər yüksək olaraq qalır:

“Xüsusilə, böyük və strateji layihələr üçün risklər daha yüksəkdir, kiçik və vasitəçi ticarət subyektlərinin isə maraqları məhduddur. Potensial maraq sahələri yanacaq və enerji məhsulları, tikinti materialları və avadanlıqlar, kənd təsərrüfatı məhsulları üzrədir. Bu sahələrdə qısa müddətli və pilot xarakterli əməliyyatlar həyata keçirilə bilər.

Qısası, Azərbaycan şirkətləri Ermənistan bazarına selektiv maraq göstərə bilər. Xüsusilə, kiçik həcmli, qısa müddətli və yüksək mənfəət marjası olan sahələrə. Böyük və strateji layihələr üçün risklər hələ də yüksəkdir. İnvestisiya qərarları yalnız siyasi-hüquqi zəmin möhkəmlənəndən sonra effektiv ola bilər. Hazırkı mərhələdə əməliyyatlar pilot və test xarakterli olacaq, sistemli və genişlənən ticarət deyil”.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL təyyarəsi ilə bağlı müəmma – Kremldən yeni gediş gözlənilir
Bu gün, 13:03
Xomeynini dəstəklədiyinə görə üzr istədi - Səhvə yol verdik
Bu gün, 13:01
Məşhur tütün şirkəti külli miqdarda borca düşüb
Bu gün, 12:59
“Altec” MMC-nin nizamnamə kapitalı 1 milyon manat azaldılır
Bu gün, 12:56
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -...otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır
Bu gün, 12:55
Ukraynalılar müharibəni bitirmək üçün güzəştə hazırdırmı? - Sosioloqdan cavab
Bu gün, 12:42
Şeyxin nəvəsinin Bakıda daha 3 obyekti fəaliyyətə başladı - AY MAŞALLAH...
Bu gün, 12:34
"Baş həkim məndən bonus tələb edir, rəsmi sənədləri saxtalaşdırır" - ŞOK İDDİA ilə bağlı RƏSMİ CAVAB
Bu gün, 12:26
Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ
Bu gün, 12:23
Sabah paytaxtda hava yağmursuz olacaq - belə deyirlər...
Bu gün, 12:21
Rusiya gerbi dəyişib
Bu gün, 12:18
"Bir dəfə də olsun... qəbuluna girə bilməmişəm..." - ETİRAZ VAR!
Bu gün, 12:12
Ermənistan ordusu dünyada neçəncidir? – Nəticə şok etdi
Bu gün, 12:06
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:04
Gürcüstanda iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə həbs edilib
Bu gün, 12:02
Paşinyan Simonyanı yola salır - Yerinə keçəcək şəxs açıqlandı
Bu gün, 12:00
Məşhur iranlı güləşçi Azərbaycan yığmasına qoşulur
Bu gün, 11:59
Nazirliyi iqlim stansiyaları, sensorlar, noutbuklar və PUA-lar aldı - ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 11:55
Hərbçimiz yol qəzasında həlak oldu
Bu gün, 11:53
Aygün Kazımovanın qızının bu fotosu təəccübləndirdi - FOTO
Bu gün, 11:49
İrəvan sərhədi açmaq istəyir, amma bank qapıları bağlıdır - İLGİNC DETALLAR
Bu gün, 11:42
“Megastore” mağazasına basqın edən şəxsə AĞIR CƏZA
Bu gün, 11:33
Çin regionda ən çox yatırımı Azərbaycana edib - EDB
Bu gün, 11:28
Xalq artisti KİMƏ SƏSLƏNDİ? - "Bəyəm, toyda oxumaq asan işdir?"
Bu gün, 11:27
Qarabağdan könüllü köçmüş ermənilər Ermənistanı da TƏRK EDİR
Bu gün, 11:26
Faydasız avropalıların cəfəngiyyatı - "Gərginlik" və "təmkin” çağırışları
Bu gün, 11:21
Yerli zəfəranın qramını xaricə 10 manata satıb, Türkiyədən 4 qəpiyə zəfəran gətiririk - DETALLAR
Bu gün, 11:19
Putin və Zelenski arasında 5 ildən sonra ilk telefon danışığı baş tuta bilər
Bu gün, 11:16
"Hər ay 3–4 dəfə suyumuz kəsilir..." - İNDİ YENƏ...
Bu gün, 11:14
“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı
Bu gün, 11:11
“Kimin nazirliyə sözü varsa, qapımız açıqdır” - Fərid Qayıbov
Bu gün, 11:10
“Mövqeyimiz dəyişməyib, hər zaman dövlətimizin yanında olmuşuq” - Oğlu hakim seçilən müxalif deputat
Bu gün, 11:05
DOST Agentliyi ehtiyat data mərkəzinin yaradılmasına 5,3 mln. manat xərcləyəcək
Bu gün, 11:03
"Qala Sığorta"da geri sayım: Yığımlarda 2 milyona yaxın azalma - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:02
"Bayram təhlükəsizliyi yollardan başlayır" - DYP rəsmisindən ÇAĞIRIŞ
Bu gün, 10:56
İkinci əl maşınları 2026-da nə gözləyir? – Qiymətlər BELƏ OLACAQ
Bu gün, 10:53
Burda rəsmən ZAY MƏHSULU SIRIYIRLAR... - NARAZILIQ VAR...
Bu gün, 10:42
Qalib xalqın qalib idmançıları - MƏQALƏ
Bu gün, 10:38
“Hara istəyirsiniz müraciət edin, biz qaytarmırıq” - GİLEY
Bu gün, 10:37
BU NƏDİ BELƏ: Həkim durumu ağır olan körpəni qəbul etməkdən imtina etdi... - ŞOK SƏBƏB
Bu gün, 10:33
Əli Şəfiyevi Qaradağda KİM HİMAYƏ EDİR Kİ... - KARXANA İŞLƏDİR...
Bu gün, 10:27
Azərbaycanda tanınmış bloger saxlanıldı: Canlı yayımda Özbəkistan prezidentini təhqir edib - TƏHVİL VERİLDİ
Bu gün, 10:18
Bakıda arvadını döyən şəxs amnistiyaya düşdü – MƏHKƏMƏ
Bu gün, 10:12
"Hara getsəm də, səni izləyəcəyəm" - VİDEO
Bu gün, 10:11
“TikTok”da bacısı ilə ünsiyyət quran dostuna 4 bıçaq zərbəsi endirdi – QƏRAR
Bu gün, 10:09
Misir Qasımlı etiraz olaraq özünü doğrayıb, barmağını, qolunu, çiynini qırıblar… - ölümə tərk edilib...
Bu gün, 10:05
Putin SSRİ ilə bağlı qanun imzaladı
Bu gün, 10:00
“Rabitəbank” səhmdarlarına dividend, Müşahidə Şurası üzvlərinə isə mükafat ödəyəcək
Bu gün, 09:58
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" 7 tender elan edir – 7,5 MİLYONLUQ SATINALMA
Bu gün, 09:57
Çin və Rusiya faktoru qızılın qiymətini “hara aparır”? - İNCƏLƏMƏ
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru