"Şikayətim "Kapital Bank"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: " "Kapital bank"dan 63 yaşlı xanımın adına zəng edib deyirlər ki, kreditin var. Sosial müavinət alır. Deyiblər ki, kartından hər ay 136 manat tutacağıq. Xanım kredit götürməyib.
Bu nə dərəcədə doğrudur? Bir insan kredit götürmədiyi halda necə olur bankdan zəng edib deyirlər ki, onlayn kredit götürmüsünüz? Etiraz olunduqda deyirlər ki, onda dələduzluq olub. Bunu hara və necə şikayət edək, dərdimizi kimə deyək bəs???Bu özbaşınalıq nədir, Kapital bank? İşsiz yaşlı bir adamın pensiyasını nə dərəcədə doğrudur tutmaq?"









