"Zelenski Putinlə görüşə hazır olduğunu bildirib, Trampın Ukraynaya verdiyi zəmanətləri açıqlayıb" .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı üçün 9.4 milyon ayrıldı .....                     Ermənilər özlərinə yeni “cəbhə xətti” müəyyən ediblər .....                     Nəsimi RİH-də 47 gün qala bildi: Harasa gedir, yoxsa?.. .....                     Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır .....                     Fatih Altaylı azadlığa buraxılıb .....                     2026-cı ilin birinci yarısında sülh sazişinin imzalanması çətindir .....                     Mühafizə şirkəti iki dövlət qurumunun mühafizəsini təşkil edəcək .....                     Qəzetlərlə bağlı qərar verildi .....                     Nazir Agentliyə yeni rəis müavini təyin etdi .....                     “Ya həbs, ya da...”: Rusiyada azərbaycanlı miqrantlar müharibəyə necə aparılır? .....                     TƏZƏ TƏYİN OLUNMUŞDU: Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Xocavənddə 318 evi 7,8 milyon manata təmir edəcək .....                     Müstəntiqlər Ramiz Mehdiyevin dustaq olduğu EVƏ GƏLDİ... .....                     Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi .....                     Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb .....                     Karapetyandan Paşinyanla bağlı ŞOK .....                     Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ .....                     Milli Qəhrəman Şahin Tağıyev vəfat edib .....                     Rusiya “Qarabağ klanı”nı yenidən format edir .....                     ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilib .....                     "Əlaqələrin qurulması İrəvanın öhdəlikləri yerinə yetirməsindən asılıdır" .....                     Aqil Abbas Ağdamda evlərin alışan materialdan üzlənməsinə etiraz edənlərə CAVAB VERDİ .....                     Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı .....                     İran televiziyasından təxribat: “Sarı gəlin” erməni mahnısı kimi təqdim edildi .....                     İran və Hindistandan 3 manata gətirilən sarıkök marketlərdə 30 manata satılır .....                     Putin Polyanskini Rusiyanın daimi nümayəndəsi təyin etdi .....                     Sahil Babayev ona yüksək vəzifə verdi .....                     Rusiya ilə bağlı bu söz amerikalıların xoşuna gəlmir .....                     “Nar” lotereyasında həyəcan artır .....                     "Hər şeyiniz var: pulunuz, sevgiliniz... amma ruhunuz kasıbdır..." .....                     İki şirkət birləşərək Baş Qərvənd kəndində .....                     Rusiya ilə gərginlik ili... .....                     Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş .....                     Bakıda çalışan əcnəbi iş adamından bp-nin etibarına zərbə .....                     Rusiya-Ukrayna müharibəsi ilə bağlı .....                     Mehdiyevin sadiq kadrı yola salınır .....                     Şəkidə mənzil fondu təmir ediləcək .....                     Ərəstun Oruclunun məhkəməsi başlayır .....                     Emin Əmrullayevə yeni müşavir təyin edildi .....                 

Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Tarix: 4-02-2025, 09:12 | Çap et
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq?
Son bir il ərzində Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsi yönündə 10-dan artıq qanun qəbul edilib ki, bunlar da xarici vətəndaşların xüsusilə də əmək miqrantları üçün ölkədə qalmaq və hərəkət etmək şərtlərini çətinləşdirib.

Bildirək ki, 2024-cü ildə Rusiya Federasiyasında miqrasiya siyasətinin sərtləşdirilməsi prosesi məhz mart ayında "Krokus Siti Hall"da baş verən məlum terror aktından sonra nəzərəçarpacaq dərəcədə artıb.

Həmin terror aktında əsasən təqsirləndirilən şəxslər Tacikistan vətəndaşları idi. Bu hadisədən sonra Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə bəzi dəyişikliklərin edilməsinə dair təklif verildi.

Nəticədə Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketi hökümətə təqdim olundu:

*Beləliklə, Rusiyada işləyən xarici vətəndaşların ailə üzvlərinin ölkəyə gəlməsinə icazə verilməməsi;
*Miqrantların ictimai nəqliyyatda - avtobus, taksi və metro kimi sahələrdə işləməsinə qadağa qoyulması;
*Təhsil sistemində çalışmaq imkanlarının məhdudlaşdırılması.

Məhz 2024-cü ilin aprelində Rusiya Dövlət Duması xarici vətəndaşların Rusiya vətəndaşları ilə nikah bağlamaq yolu ilə vətəndaşlıq almasını çətinləşdirən yeni bir qanun qəbul etdi.

Əvvəllər belə vətəndaşlar nikahdan dərhal sonra vətəndaşlıq üçün müraciət edə bilirdilərsə, indi bu müddət iki il olaraq müəyyən edilib.

Üstəlik, 25 yanvardan etibarən qüvvəyə minən qanuna əsasən, miqrantlar yalnız üç ildən sonra müvəqqəti yaşayış icazəsi (“RVP”) və ya daimi yaşayış icazəsi (“VNH”) üçün müraciət edə biləcəklər.

Əgər bu müddət ərzində nikah pozularsa, və ya saxta nikah olduğu məhkəmə tərəfindən təsdiqlənərsə, həmin şəxsin yaşayış icazəsi ləğv ediləcək.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə müvəqqəti yaşayış icazəsi (“RVP”) və ya daimi yaşayış icazəsi (“VNH”) üçün müraciət edən şəxslərin təxminən 40 %-i nikaha əsaslanırdı. Buna görə də artıq dövlət oqanları bu sistemdən sui-istifadə hallarının qarşısını almağa çalışırlar.

Qeyd edək ki, iyul ayında qəbul edilən qanuna əsasən, 2025-ci ilin fevral ayından etibarən Rusiya polisi məhkəmə qərarı olmadan xarici vətəndaşları ölkədən çıxara biləcək.

Əvvəllər belə deportasiyalar yalnız məhkəmə qərarı ilə həyata keçirilirdi. Yeni qaydalarla polis əməkdaşları inzibati xətalara görə də miqrantları deportasiya edə biləcək.

Xatırladaq ki, 2024-cü ildə Rusiyadan 80 000-dən çox xarici vətəndaş deportasiya edilib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

“Rusiya vətəndaşlığı haqqında” Qanuna edilən dəyişikliklər miqrantlar üçün yeni tələblər müəyyən edib. Bu dəyişikliklərə əsasən, hərbi qeydiyyatdan yayınan şəxslər vətəndaşlıqdan məhrum edilə bilər. Bu qərar Rusiya-Ukrayna münaqişəsi fonunda ordu sıralarını doldurmaq məqsədi daşıyır. Artıq bir neçə nəfər bu səbəbdən həbs edilib və ölkədən deportasiya olunub.

Noyabr ayında qəbul edilən yeni qanunla rus dili, tarixi və qanunvericiliyi üzrə imtahanları keçirmək hüququ yalnız dövlət tərəfindən təsdiqlənmiş qurumlara verilib. Əvvəllər bu sahədə qeyri-leqal vasitəçilər fəaliyyət göstərirdi ki, bu da saxta sertifikatların yayılmasına səbəb olurdu.

Dekabr ayında Dövlət Duması yeni qanun qəbul etdi ki, bu qanuna əsasən, rus dilini bilməyən miqrant uşaqları məktəblərə qəbul edilməyəcək.

Qanunun 2025-ci ilin aprel ayında qüvvəyə minməsi planlaşdırılır. Lakin bu qərar həm Rusiya daxilində, həm də MDB ölkələri arasında ciddi narazılıqlara səbəb olub.

Rusiyanın bir çox regionlarında yerli hökumətlər miqrantların işləyə biləcəyi sahələri məhdudlaşdıran qərarlar qəbul ediblər.

Xüsusilə ictimai nəqliyyat və təhsil sahəsində miqrantlara qarşı qadağalar tətbiq edilib.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən rusiyali politoloq Darya Qrevsova bildirib ki, Rusiyada uzun zamandır miqrasiya siyasətinin təkmilləşdirilməsi yönündə islahatlara ehtiyac duyulurdu:

“Çünki mövcud sistem artıq müasir dövrün tələblərinə cavab vermirdi və təhlükəsizlik baxımından da yetərsiz idi. Bildirim ki, Rusiyada 2024-cü ilin martında "Krokus Siti Hall"da törədilmiş terror aktının, həmçinin Ukrayna təhlükəsizlik xidmətinin göstərişi ilə miqrantların törətdiyi digər terror aktlarının da şahidi olduq.

Təbii ki, bütün bunlar cəmiyyətdə narahatlıq, çaşqınlıq və xof yaradırdı və Rusiya əhalisi hakimiyyətdən miqrasiya siyasətinin mümkün qədər tez sərtləşdirilməsini tələb edirdi. Miqrasiya siyasətinin təkmilləşdirilməsi istiqamətində effektiv tədbirlərin görülməsində gecikmələr oldu, amma buna baxmayarq artıq real addımlar atılır.

Hazırda Rusiyaya gələn miqrantların sənədləri daha ciddi yoxlanılır, onların bir çoxu ölkədən çıxarılır, hətta hava limanlarında saxlanılaraq saatlarla, bəzən günlərlə səbəb göstərilmədən gözlədilir.

Bu yeni siyasətin tətbiqi asan başa gəlmir, onun tam şəkildə işlək hala gətirilməsi üçün vaxt və böyük səylər tələb olunur. Əsas məqsəd həm ölkəyə işləmək üçün gələn miqrantlar, həm də Rusiya vətəndaşları üçün təhlükəsiz və etibarlı bir mühitin yaradılmasıdır".

Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydaların iqtisadi təsirlərinə toxunan ekspert bildirib ki, təbii ki, miqrasiya siyasətinin sərtləşdirilməsi ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcək:

“Ölkədə onsuz da işçi qüvvəsinin çatışmazlığı müşahidə olunur, miqrantların sayının azalması isə əmək məhsuldarlığını aşağı sala və iqtisadiyyata zərər verə bilər.

Bu, xüsusilə miqrantların üstünlük təşkil etdiyi sahələrdə hiss olunacaq. Məsələn, çatdırılma xidmətlərində çalışanların əksəriyyəti miqrantlardır və bu sektor Rusiyada çox populyardır.

Bir çox insan artıq mağazaya getmək əvəzinə sifarişlərini evə çatdırılma ilə alır. Həmçinin, miqrantlar anbarlarda, supermarketlərdə və tikinti sahələrində geniş şəkildə çalışırlar. Onlar görünməsələr də, mal və xidmətlərin vaxtında təmin edilməsində əsas rola malikdirlər.

Eyni zamanda, mənzil kommunal istismar sahəsində (JEK) - küçə süpürənlər, təmizlik işçiləri və digər xidmət sahələrində çalışanların əksəriyyəti də miqrantlardır.

Bu sahələrdə işçi qüvvəsinin azalması qiymətlərin artmasına səbəb ola bilər.

Çünki miqrantların yerinə yerli işçilər cəlb edilərsə, onların əməkhaqqı tələbləri daha yüksək olacaq. Bununla yanaşı, sərtləşdirilmiş miqrasiya siyasətinin əsas məqsədlərindən biri qeyri-qanuni miqrasiyanın qarşısını almaq və ölkəyə gələn şəxslərin dəqiq qeydiyyatını aparmaqdır.

Bu tədbirlər əsasən tacik, özbək və qırğız miqrantlarına yönəlib. Azərbaycanlı miqrantlar bu məsələdə daha az təsirə məruz qalır, çünki Azərbaycan vətəndaşlarının təhsil səviyyəsi digər Mərkəzi Asiya ölkələrinin vətəndaşları ilə müqayisədə daha yüksəkdir".

Miqrant uşaqların təhsili ilə bağlı problemlər haqqında fikir bildirən politoloq qeyd edib ki, miqrant ailələrindən olan uşaqların rus dili bilməməsi səbəbindən məktəblərdə təhsil ala bilməməsi məsələsi aktualdır:

"Bu problemin gələcəkdə hansı nəticələr doğuracağını isə heç kim bilmir. Əgər bu uşaqlar təhsil almadan böyüsələr, bu, ölkədə cinayətkarlığın artmasına səbəb ola bilər.

Çünki təhsili olmayan insanın gələcəkdə iş tapması və cəmiyyətə inteqrasiya etməsi çətin olur. Valideynləri isə onların təhsil alması üçün rus dilini tədris edən müəllimlər tuta bilmir, çünki buna maddi imkanları çatmır.

Əslində, dövlət bu uşaqların rus dilini öyrənməsi üçün xüsusi kurslar və tədris mərkəzləri yaratmalı idi. Lakin hələlik belə imkanlar mövcud deyil. Məktəblərdə rus dilini bilməyən uşaqlar dərslərdə iştirak etsələr belə, baş verənləri anlamayacaqlar.

Bu məsələdə hər hansı alternativ həll yolları təklif edilmədən, problemin üzərindən birbaşa qadağa ilə keçilməsi yetərincə düşünülmüş addım deyil.

Axı miqrantların bir qismi ailələri ilə birlikdə gəlir və onlar rəsmi icazə ilə ölkədə qalırlarsa, onların da sosiallaşma və təhsil hüququ təmin edilməlidir.
Qadağalar tətbiq edilərkən, alternativ həll yolları da təqdim olunmalıdır ki, ölkə həm təhlükəsiz, həm də miqrantlar üçün ədalətli qaydalar çərçivəsində idarə oluna bilsin".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zelenski Putinlə görüşə hazır olduğunu bildirib, Trampın Ukraynaya verdiyi zəmanətləri açıqlayıb" - Ukrayna KİV-ləri
Dünən, 18:27
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı üçün 9.4 milyon ayrıldı
Dünən, 18:25
Ermənilər özlərinə yeni “cəbhə xətti” müəyyən ediblər - KİV
Dünən, 18:13
Nəsimi RİH-də 47 gün qala bildi: Harasa gedir, yoxsa?.. - AKTUAL
Dünən, 18:09
Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
Dünən, 18:05
Fatih Altaylı azadlığa buraxılıb - NTV
Dünən, 18:00
2026-cı ilin birinci yarısında sülh sazişinin imzalanması çətindir - ŞƏRH
Dünən, 17:59
Mühafizə şirkəti iki dövlət qurumunun mühafizəsini təşkil edəcək – 1 MİLYONLUQ TENDERLƏR
Dünən, 17:57
Qəzetlərlə bağlı qərar verildi - Gələn ildən fəaliyyətləri belə olacaq
Dünən, 17:53
Nazir Agentliyə yeni rəis müavini təyin etdi - FOTO
Dünən, 17:50
“Ya həbs, ya da...”: Rusiyada azərbaycanlı miqrantlar müharibəyə necə aparılır? – ŞOK AÇIQLAMA
Dünən, 17:45
TƏZƏ TƏYİN OLUNMUŞDU: Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:42
Xocavənddə 318 evi 7,8 milyon manata təmir edəcək - ŞİRKƏT MƏLUM OLDU
Dünən, 17:18
Müstəntiqlər Ramiz Mehdiyevin dustaq olduğu EVƏ GƏLDİ... - BU DƏFƏ BUNA GÖRƏ...
Dünən, 17:12
Veysəloğlu Şirkətlər Qrupu möhtəşəm korporativ Yeni İl tədbiri keçirdi
Dünən, 17:08
Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində qalmaqal (VİDEO)
Dünən, 17:03
Karapetyandan Paşinyanla bağlı ŞOK - KİV
Dünən, 17:01
Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ - “Fulbright”lı nazir “BİRİNCİ” olmaq istəyir?
Dünən, 16:59
Milli Qəhrəman Şahin Tağıyev vəfat edib - FOTO
Dünən, 16:55
Rusiya “Qarabağ klanı”nı yenidən format edir - GƏLİŞMƏ
Dünən, 16:49
ABŞ-nin dövlət olaraq xarici siyasi qərarı artıq verilib - HƏR HALDA...
Dünən, 16:46
"Əlaqələrin qurulması İrəvanın öhdəlikləri yerinə yetirməsindən asılıdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45
Aqil Abbas Ağdamda evlərin alışan materialdan üzlənməsinə etiraz edənlərə CAVAB VERDİ - "Elə bir güclü nöqsan deyil"
Dünən, 16:40
Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı - SİYAHI
Dünən, 16:38
İran televiziyasından təxribat: “Sarı gəlin” erməni mahnısı kimi təqdim edildi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:35
İran və Hindistandan 3 manata gətirilən sarıkök marketlərdə 30 manata satılır - AXI NİYƏ?
Dünən, 16:29
Putin Polyanskini Rusiyanın daimi nümayəndəsi təyin etdi
Dünən, 16:28
Sahil Babayev ona yüksək vəzifə verdi - ƏMR
Dünən, 16:24
Rusiya ilə bağlı bu söz amerikalıların xoşuna gəlmir - Zelenski
Dünən, 16:22
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir
Dünən, 16:17
"Hər şeyiniz var: pulunuz, sevgiliniz... amma ruhunuz kasıbdır..." - Nura Suri
Dünən, 16:14
İki şirkət birləşərək Baş Qərvənd kəndində 235,4 milyon manatlıq tikinti işləri görəcək
Dünən, 16:08
Rusiya ilə gərginlik ili... - Təyyarə qəzasından Mehdiyevin cəzasına qədər uzun bir yol
Dünən, 16:05
Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş - Fotolar
Dünən, 16:01
Bakıda çalışan əcnəbi iş adamından bp-nin etibarına zərbə - KEVİN ROBERTSİNƏ QARŞI DƏLƏDUZLUQ İDDİASI
Dünən, 15:55
Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK
Dünən, 15:54
Mehdiyevin sadiq kadrı yola salınır - İDDİA
Dünən, 15:52
Şəkidə mənzil fondu təmir ediləcək - 300 minlik tender qazanan "Elşən" MMC kimindir?
Dünən, 15:46
Ərəstun Oruclunun məhkəməsi başlayır
Dünən, 15:43
Emin Əmrullayevə yeni müşavir təyin edildi - FOTO
Dünən, 15:34
“Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub?" - deputat
Dünən, 15:32
Ərinə 20 manat pula görə şüşə ilə xəsarət yetirən qadına hökm oxundu
Dünən, 15:22
Azərbaycan alıcısı erməni malını alacaq? - AKTUAL
Dünən, 15:18
Türkiyə və Rusiyanı üz-üzə gətirmək istədilər - AMMA...
Dünən, 15:16
Azərbaycanda rayon ağsaqqalı “Şaxta baba”nı maşınla vurub - TƏFƏRRÜAT
Dünən, 15:10
ABŞ və Ermənistan həlledici sferalarda yeni birgə təşəbbüslər başladır - Səfir
Dünən, 15:07
Taksilər avtobus zolağından istifadə etsə nə olar? – Ekspertdən açıqlama
Dünən, 15:02
Təranə qətlə yetirilibmiş - 13 il sonra üstü açıldı
Dünən, 14:58
Qarabağ ermənilərinin başı dərddədir - Ermənistandan qovulurlar
Dünən, 14:55
XİN rəhbərləri Azərbaycan neft məhsullarının Gürcüstandan Ermənistana tranzitini müzakirə edib
Dünən, 14:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru