Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                 

SƏMƏD SEYİDOVU HƏDƏFƏ ÇEVRİƏN ŞOK MƏQAM
Tarix: 25-09-2012, 09:12 | Çap et
SƏMƏD SEYİDOVU HƏDƏFƏ ÇEVRİƏN ŞOK MƏQAM

RÜSİYA YANLILARI NƏDƏN ADU REKTORUNUN “QƏLƏMİNİ QIRMAQ” İSTƏYİR?

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Dillər Universiteti ali təhsil ocağında Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində aşkar olunan maliyyə pozuntuları ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi qaldırılıb. Qeyd edək ki, Baş Prokurorluq universitetdə aşkar olunan maliyyə pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi açıb.

Bildirilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəlimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb.

Bundan başqa universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Bu, məsələnin hər halda görünən tərəfidir. Görünməyən tərəfi isə tamam fərqli mahiyyətdədir. İlk növbədə cinayət işinə qədər inkişaf edən yola nəzər salaq. Xatırladaq ki, ADU ilə bağlı məlum yoxlamaların xəbərini yayarkən Hesablama Palatası aparılan təftişdə rektor Səməd Seyidovun sifarişçi olduğunu qeyd etməmişdi. Yəni ilkin məlumatda qeyd olunurdu ki, Hesablama Palatasının ADU-da apardığı yoxlamalar zamanı filan-filan cinayət faktları aşkarlanıb.

Lakin sonradan - bu informasiyalar ictimailəşəndən sonra Hesablama Palatasının açıqlaması bu dəfə redaktə olunmuş vəziyyətdə yayıldı. Məlum oldu ki, sən demə, yoxlamalar rektor Səməd Seyidovun müraciəti əsasında həyata keçirilib. Halbuki bunun belə olmadığı və Səməd Seyidovun prosesə “sifarişçi” kimi cəlb olunması daha çox rektorun sonradan cavabdehə, məlum cinayət işinin ittiham hədəfinə çevrilməsini önləmək üçün idi.

Bəs nə baş verir? Hər halda ADU-da bu məsələ ilə əlaqədar hər hansı həbs işi həyata keçirilməyib. Yəni hələlik qurbanların kimliyi məlum deyil. Sadəcə olaraq, ilk addımlar atılıb. Amma bu addımların əsas hədəfinin Səməd Seyidov olduğu faktdır. Buna bir azdan dönəcəyik. Amma bir məsələ də var ki, mütləq kimlərsə həbs olunmalıdır. Bəs kim? Yəni kim razı olacaq ki, Səməd Seyidovun əvəzindən məhbəsdə yatsın? Çünki söylənən ittihamlar o qədər konkretdir ki, bu kimi cinayət əməllərini rəhbərliyin xəbəri olmadan icra etmək sadəcə olaraq imkansızdır. Yəni əgər belə cinayət əməlləri varsa və kimsə, yəni Səməd Seyidov xaric bir kimsə həbs olunacaqsa, deməli, həmin şəxs əslində rektorunun əvəzindən azadlıqdan məhrum edilmiş olacaq.

İndi isə gələk əsas məsələyə. Nədən Səməd Seyidov “vurulur”, hədəfə çevrilir? Hər halda ilk baxışdan bu adam kifayət qədər “dişsiz fiqur” təsiri bağışlamaqdadır. Amma yenə də görüntüdəki mənzərənin aldadıcı olduğunu söyləmək zorundayıq. Bunun üçün isə 29 avqust tarixində DİA.AZ olaraq yaydığmız bir məlumatı xatırlatmaq zorundayıq.

Məlumatda deyilirdi ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun xarici siyasət idarəmizə rəhbərliyi dönəmi başa çatmaq üzərədir. Daha sonra əlavə olunurdu ki, artıq bu postda dəyişiklik qərarının verildiyini iddia edən qaynaq hətta növbəti XİN başçımızın kimliyini də açıqlayıb:

“Məlumatı verən mənbənin sözlərinə görə, Elmar Məmmədyarov birbaşa olaraq hakimiyyətin üst cinahı ilə isti münasibətlərə malik olsa da, çox mübhəm bir səbəbdən onun görəvindən alınması qərarı verilib: В«Elmar Məmmədyarova В«yuxarılarınВ» münasibəti qaydasındadır və hansısa şəraitdə heç bir etimad qırıqlığı yaratmayıb. Amma maraqlıdır ki, artıq qərar verilib. Və bu səbəbə görə, XİN başçısı postunda dəyişiklikləri daha çox hazırki nazirin etimaddan düşməsi ilə yox, yeni gələn kadrın daha çox etimad qazanması ilə əlaqələndirmək lazımdırВ».

Mənbəmiz bildirir ki, Elmar Məmmədyarovu bu postda Səməd Seyidov əvəzləyəcək. Qeyd edək ki, Azərbaycan Dövlət Dillər Universitetinin rektorunu postunu tutan Səməd Seyidov eyni zamanda Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında heyət rəhbəri kimi də təmsil etməkdədir. Məlumatlara görə, Səməd Seyidov hələ keçən il XİN başçısı gətirilməli imiş. Bunu da mənbəmiz söyləyir:

В«Amma Səməd Seyidov son parlament seçkilərində qalmaqallı şəkildə mandat aldığından belə birisinin dərhal nazir postuna irəli çəkilməsi ictimai rəydə olduqca mənfi assosasiya yarada bilərdi. Odur ki, Seyidovun XİN-ə rəhbər gətirilməsi müəyyən müddətə ertələndiВ»”.

Diqqət yetirin, bu xəbərlərin ardından Səməd Seyidov hədəfə çevrildi. Buna paralel olaraq isə Elmar Məmmədyarovun vəzifəsini itirəcəyi haqda informasiyaların mətbuata ötürülməsi də intensivləşdi və onun yerinə fərqli-fərqli simaların təyin ediləcəyi kimi müxtəlif versiyalar səslənməyə başladı.

Bütün bunları diqqət mərkəzində saxlayan, məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, əslində Elmar Məmmədyarovun görəvdən alınması ideyası həqiqətən mövcuddur və belə bir qərar В«yuxarılarınВ» menyusunda yer almaqdadır: В«Amma bu istiqaməti ələ keçirmək istəyən bir çox kənar güclər var. Səməd Seyidov uzun müddətdir ki, müxtəlif Qərb institutları ilə işləməkdədir və onun beynəlxalq konsorsiumla da mübhəm əlaqələrinin olması istisna edilmirВ».

Belə bir şəraitdə Rusiyanın Azərbaycanda xarici siyasət idarəsini Qərb meyilli bir fiqurun rəhbərliyi altına verilməsini sükutla müşahidə etməyəcəyini bildirən mənbəmiz əlavə etdi ki, məhz bu səbəbdən Səməd Seyidov adı bu şəkildə ləkələndi: В«Artıq belə bir fiqurun nazir postuna ən azından yaxın bir il ərzində gətirilməyəcəyi hər kəsə aydındır. Bu sarıdan Rusiya ən azından vaxt qazanmış oldu. Və bu işdə Rusiyayönlü hakimiyyətiçi qüvvələrin müstəsna xidmətləri varВ».

Mənbəmiz bildirir ki, Elmar Məmmədyarovun yerinə öz namizədini hazırlayan Rusiya yanlıları əgər qısa müddətdə bu dəyişikliyi həyata keçirə bilməyəcəklərsə, o zaman Səməd Seyidovun başı bu dəyişiklik baş tutana qədər həmişə qalda olacaq: В«Onun yollarını istənilən halda bağlayacaqlar. Əgər birbaşa olaraq prezident ona dəstək vermiş olarsa, o zaman situasiya tamam ərqli olacaq. Amma görünəni odur ki, artıq Hesablama Palatasının xətti ilə Səməd Seyidovu hətta ən üst düzəyin gözündə də etimaddan salıblarВ».

Mövzu diqqətimizdədir…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Dünən, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Dünən, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Dünən, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Dünən, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Dünən, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünən, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Dünən, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Dünən, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Dünən, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Dünən, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Dünən, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Dünən, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Dünən, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Dünən, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Dünən, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Dünən, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Dünən, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Dünən, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Dünən, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Dünən, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Dünən, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Dünən, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Dünən, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Dünən, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Dünən, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Dünən, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Dünən, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Dünən, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru