İRAN MƏRHUM VAQİF ABDULLAYEVİ BÜTLƏŞDİRİR?
Tarix: 27-07-2012, 12:05 |
Çap et
FARS-MOLLA REJİMİ AYRI-AYRI ŞƏHƏRLƏRDƏ XÜSUSİ TÖRƏNLƏR DÜZƏNLƏYİR
DİA.AZ: - Fars-molla rejimi bu günlərdə həbsxanada dünyasını dəyişmiş Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayev məsələsi ilə ölkəmizin üzərinə yeriməyində davam edir. Belə ki, son günlər bu olayı xüsusi şəkildə şişirdən rəsmi Tehranın göstərişi ilə İranın ayrı-ayrı şəhərlərində Vaqif Abdullayevi anım mərasimləri keçirilir ki, bütün törənlərdə də Azərbaycan dövləti hədəf kimi seçilir.
Daha bir belə tədbirin Təbrizdə keçirilməsi gö-zlənilir. Bu barədə məlumatı DİA.AZ İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən «arannyus» portalına istinadən bildirir. Sözügedən məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
«Azərbaycan Respublikasının hicab hərəkatıının ilk şəhidinin anım mərasimi Təbrizin imam cüməsinin iştirakı ilə keçiriləcək.
Təbriz əhalisi AİP-in sədr müavini şəhid hacı Vaqif Abdullayevin xatirəsini əziz saxlayacaq. Azərbaycan Respublikasının hicab hərəkatıının ilk şəhidinin anım mərasimi Təbrizin imam cüməsi Ayətullah Şəbüstərinin və əhli-beyt (ə) məddahlarının və Təbrizin məşhur qarilərinin iştirakı ilə 27 iyul cümə günü məğrib və işa namazlarından sonra Təbrizin “Salari-şəhidan” məscidində keçiriləcək. Bu mərasim hüseynçi heyətlərin, institut bölmələri və mədəniyyət müəssisələri tərəfindən təşkil olunmuşdur».