“TEXNİKABANK”IN BAĞLANACAĞI XƏBƏRİ YAYILDI
Tarix: 24-07-2012, 18:03 |
Çap et
BANKIN İŞÇİLƏRİ MƏZUNİYYƏTƏ BURAXILIR: BANK İFLACA UĞRAYIB
DİA.AZ: - Bir müddət əvvəl səhmlərini “Kapitalbank”a satan “Texnikabank” ın fəaliyyətini tam dayandırması barədə məlumat yayılıb. Bu barədə bank işçiləri məlumat verib. Məlumata görə, bank artıq fəaliyyətini tam dayandırmaq məcburiyyətində qalıb. Bankın işçiləri də artıq öz vəsaitləri hesabına uzunmüddətli məzuniyyətə buraxılır.
Mənbə bildirir ki, məzuniyyətə buraxılan işçilər əvvəlcə bir aylığa işdən müvəqqəti buraxılsalar da, bir aydan sonra onların məzuniyyət müddəti yenidən artırılıb. Amma bu dəfə uzunmüddətli məzuniyyətə buraxılan işçilərin nə vaxt vəzifələrinin icrasına başlayacaqları vaxt barədə onlara heç bir məlumat verilməyib. Mənbə deyir ki, işçilərə bildiriblər ki, bank iflasa uğradığı üçün hələlik işçilər arasında ixtisar aparılıb. Amma, gələcəkdə bankın fəaliyyətini yenidən bərpa edəcəyi bildirilib.
Qeyd edək ki, hazırda bankın İdarə Heyətinin sədri tanınmış bəstəkar Eldar Mansurovun oğlu Ülvi Mansurovdur. Amma qurumun kimə məxsus olması məlum deyil.