Əsas Səhifə > Güney Press > Pulsuzluq, vaxt azlığı, yoxsa...
Pulsuzluq, vaxt azlığı, yoxsa...Bu gün, 12:33 |
|
“Yalnız qeyri-adi, fenomen istedada malik aktyorlar o yükün altından çıxa bilir.” Bunu tanınmış rejissor Namiq Ağayev Yenicag.az-a açıqlamasında deyib.
Rejissor sənət adamlarının gün ərzində məcburiyyətdən 3-4 iş arxasınca qaçdıqlarını, nəticədə bunun ümumi kinonun keyfiyyətinə mənfi təsir göstərdiyini bildirib: “Təəssüflər olsun ki, bu gün aktyorlar və rejissorlar da daxil olmaqla, sənət adamları gün ərzində 3-4 iş arxasınca qaçırlar. Nəticədə enerji itirirlər, işlərinə yetərincə diqqət yetirə bilmirlər. Ümumiyyətlə, Azərbaycanda kinonun keyfiyyətsizliyinin əlli faizini məhz bu məqam təşkil edir. Əslində, rejissorlar aktyorlarla işləməlidir. Xüsusən seriallarda bu, mümkün olmur; çünki vaxt və pul azlığı səbəbindən sürətlə çoxlu səhnələr çəkilməlidir və s. Rejissor da tam olaraq aktyora, onun oyununa və aktyor məharətinə fokuslana bilmir. Yalnız qeyri-adi, fenomen istedada malik aktyorlar o yükün altından çıxa bilir. Bununla belə, çox güclü aktyorlarda da təkrarlanma təhlükəsi baş verir. Amma ümumilikdə isə, kaş ki, kinomuzda elə problem aktyor problemi olaydı. Bu, ən sonuncu problemdir”. Geri qayıt |