Əsas Səhifə > Güney Press > "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu varBu gün, 06:59 |
|
"ABŞERON KƏRPİC İSTEHSALI" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin ödənilməmiş vergi borcunun məbləği 157.283,16 AZN təşkil edir. Məlumat üçün bildirək ki, hüquqi ünvanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən cəmiyyətin nizamnamə kapitalı 9.513.500 AZN-dir. İri kapitala sahib istehsalat müəssisəsinin qanuni təmsilçisi Vasif Fərhad oğlu Bəşirovdur.Geri qayıt |