
Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədov Holdinqin İdarə Heyətinin (İH) sədrinin təqdimatına əsasən qurumun Baş icraçı direktoru və İH-nin üzvü Ruslan Əlixanovun vəzifəsindən azad olunması barədə qərar qəbul edib.
"DİA-AZ" bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Məlumata görə, Baş icraçı direktor vəzifəsinin icrası müvəqqəti olaraq onun müavini Dəyanət Sədullayevə həvalə olunub.
Qərardan irəli gələrək Holdinqin İH-nə müvafiq tapşırıqlar verilib.























