
Rusiya Prezidenti Vladimir Putin ailəsinin ölkənin Tver vilayətindən olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, dövlət başçısının bununla bağlı sözləri Kremlin saytında dərc olunub.
“Bütün qohumlarım Tver vilayətindəndir – anam, atam, onların ailələri, hər iki tərəfdən qohumlarım oradandırlar”, – Putin Tver vilayətinin qubernatoru vəzifəsini icra edən Vitali Korolyovla görüşü zamanı deyib.
Rusiya lideri doğulduğu torpağa və ölkəsinə münasibətini valideynlərindən götürdüyünü söyləyib.
Onun sözlərinə görə, valideynləri çox sadə insanlar olublar və doğulub-böyüdükləri yerə hər zaman xüsusi və isti münasibət bəsləyiblər.
Qeyd edək ki, bundan əvvəl Putin atasının uzun illər qan donoru olduğunu açıqlamışdı.
























