Bakının Suraxanı rayonunda 55 yaşlı kişi bıçaqlanıb.
Teleqraf xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində baş verib.
1971-ci il təvəllüdlü Cəlilov Naib Təvəkkül oğlu dostu tərəfindən yaşadığı evdən küçəyə çağırılıb. Daha sonra həmin şəxs N.Cəlilova bıçaqla xəsarət yetirib.
Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.




















