Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... .....                     Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub .....                     Bakılı general Ermənistan müxalifətini kurasiya edir .....                     Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? .....                     “Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” .....                     Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor .....                     Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı .....                     Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" .....                     Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: .....                     Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb .....                     “IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” .....                     Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? .....                     Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var .....                     Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik .....                     Generalın adı “Aqro Park” qalmaqalında .....                     “Anklavları Bakıya verməmək müharibə deməkdir” .....                     Naxçıvanla bağlı Bakıdan verilən qərar .....                     Azərbaycan neftinin qiyməti 97 dolları ötdü .....                     Şahnaz Haşımova Aybəniz Haşımovadan danışdı: .....                     "Yol dağılıb, birgünlük ərzaq var" .....                     “Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” .....                     Bakıda maşın sürmək lüksə çevriləcək? .....                     “Gözü götürmür, imkanları olsaydı ayağından elə dartardılar ki...” .....                     Qarajda meyiti aşkarlanan Qiyas futbolçu imiş .....                     Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. .....                     Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... .....                     Vardanyanın arvadı Bakıya gələ biləcəkmi? .....                     Zəngəzur dəhlizinə məsul şəxs məzuniyyətə çıxır .....                     İrəvanda Rusiya skandalı .....                     Kanadada yaşayan azərbaycanlı loteriyada 1 milyon uddu .....                     Taxıl, ət, qarğıdalı bahalaşır .....                     "Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm" .....                     Xaricdə işləməyə meyil: Axını dayandırmaq üçün nə edək? .....                     Sərnişinlər marşrut çatışmazlığından şikayətçidir .....                     “Konstitusiya dəyişsə, normallaşma addımları gələcək” .....                     "İki İran"ın diplomatiyası: "yeni səhifə" yaxşı xəbərdir, amma... .....                     “Falcon Finance” cəmi gəliri AZALIB .....                     Əməliyyatdan sonra iflic olan Nigar öldü .....                     “Qırmızı Xaç”ın Azərbaycana qarşı qara niyyəti .....                     Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş .....                 

Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: - Ermənistan Rusiyadan Qərbə "Belarusun çiynində" qaçır
Tarix: Bu gün, 17:02 | Çap et

Ermənistanın Rusiya və Kremlin patronajlığı altında olan tərəfdaşlıq strukturları ilə münasibətlərində yaranmış gərginlik artıq yalnız siyasi qarşıdurma mərhələsindən kənara çıxmağa başlayıb. Belə ki, rəsmi İrəvanın xarici siyasət kursunda daha dərin dəyişikliklərin baş verdiyi artıq inkaredilməz reallıqdır. Baş nazir Nikol Paşinyanın son açıqlamaları onu göstərir ki, Ermənistanın Avropa Birliyinə yaxınlaşması həm ölkədaxili siyasi qərarların, həm də Rusiyanin əsas müttəfiqlərindən gələn təhdid mesajlarının təsiri altında daha da sürətlənib.

Məsələ ondadır ki, erməni baş nazir Ermənistanın Qərbə yönəlməsini şərh edərkən, Avrasiya İqtisadi İttifaqındakı bəzi tərəfdaşların qərəzli açıqlamalarının bu prosesə ciddi təkan verdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanın “heç kimə lazım olmadığı” və “heç yerdə gözlənilmədiyi” barədə verilən mesajlar İrəvanda mənfi deyil, əksinə, müsbət qarşılanıb. Və Paşinyan hakimiyyəti alternativ istiqamətlər üzrə daha fəal çalışmağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, erməni baş nazirin dedikləri ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenkonun vaxtilə Ermənistanın geopolitik və iqtisadi perspektivləri ilə bağlı səsləndirdiyi “Ermənistan kimə lazımdır ki...” məzmunlu fikirləri yenidən gündəmə gətirib. Baş nazir Nikol Paşinyanın bu eyhamı ondan xəbər verir ki, rəsmi İrəvan Belarus prezidenti Aleksandr Lukaşenkonun bu ritorikasını Rusiyanın patronajlığı altında olan siyasi-iqtisadi məkan üçün Ermənistanın əvvəlki qədər vacib olmadığına dair mesaj kimi qəbul edib.

Yəni, baş nazir Nikol Paşinyan Rusiya və onun müttəfiqlərinin Ermənistana münasibətdə sərt mövqeyinin rəsmi İrəvanda əks reaksiya doğurduğuna eyham vurur. Paşinyan hakimiyyəti Qərbə inteqrasiya prosesini yalnız geopolitik seçim kimi deyil, həm də Ermənistan üçün yeni iqtisadi və təhlükəsizlik alternativləri yaratmaq cəhdi kimi təqdim edir. Və bu prosesin ən önəmli istiqamətlərindən biri isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə gərgin münasibətləridir.

Maraqlıdır ki, Ermənistan bu təşkilatın fəaliyyətində iştirakını faktiki olaraq, dondursa da, hüquqi baxımdan, hələ də KTMT üzvü olaraq qalır. Təşkilatın baş katibi Taalatbek Masadıkovun rəsmi İrəvanın gələcək iştirakına dair məsələyə “ağlabatan müddətdə” aydınlıq gətirilməsinin vacibliyini bildirib. Və bu, məhz mövcud qeyri-müəyyənliyin artıq təşkilat üçün də ciddi problemə çevrildiyini göstərir.

Digər tərəfdən, rəsmi İrəvanın KTMT-dən faktiki olaraq, uzaqlaşması ilə Avropa Birliyi və ABŞ-la əməkdaşlığın genişləndirilməsi eyni prosesin müxtəlif istiqamətləri kimi görünür. Belə ki, Ermənistan bir tərəfdən, Rusiya ilə bağlı ənənəvi təhlükəsizlik mexanizmlərindən məsafə saxlayır. Və digər tərəfdən isə Qərb strukturları ilə iqtisadi, enerji və nəqliyyat əlaqələrini gücləndirməyə çalışır.

Təbii ki, Ermənistan və ABŞ arasında müzakirə olunan TRIPP layihəsi də rəsmi İrəvanın bu strategiyasının önəmli faktorlarından biri hesab olunur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın xüsusi nümayəndəsinin baş müşaviri Ari Laytstoun ilə görüşündə layihənin həyata keçirilməsi, regional bağlantıların inkişafı, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi kimi önəmli məsələlər müzakirə edilib. Və bu, Ermənistanın beynəlxalq nəqliyyat infrastrukturlarına inteqrasiya məsələləri ilə bağlı rəsmi İrəvanın yeni geoiqtisadi xəttinin əsas konturlarını ortaya qoyur.

Belə ki, TRIPP layihəsinin Ermənistan üçün əhəmiyyəti yalnız nəqliyyat imkanlarının genişləndirilməsi ilə məhdudlaşmır. Bu təşəbbüs reallaşacağı təqdirdə, Ermənistanın regiondakı nəqliyyat-kommunikasiya sistemlərinə daha sıx bağlanmasına və Qərb tərəfindən dəstəklənən yeni logistika arxitekturasında rolunun artmasına münbit şərait yarada bilər. Və bu isə ölkənin Rusiya mərkəzli nəqliyyat və iqtisadi sistemindən asılılığının azaldılması baxımından, rəsmi İrəvan üçün strateji əhəmiyyət daşıyır.

Üstəlik, bu məsələdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi də xüsusi əhəmiyyət daşıyır. Ona görə də, ABŞ-Ermənistan müzakirələrində sülh gündəliyinin və regional bağlantıların paralel şəkildə nəzərdən keçirilməsi qətiyyən təsadüfi deyil. Çünki Cənubi Qafqazda davamlı sülh və açıq kommunikasiyalar yaranmadan Ermənistanın Qərblə genişmiqyaslı iqtisadi və nəqliyyat inteqrasiyası tam potensialını reallaşdıra bilməz.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvanın xarici siyasət kursunda baş verən dəyişiklik yalnız “Rusiya və Qərb arasında seçim” məsələsi deyil. Yəni, rəsmi İrəvan buna paralel olaraq, Ermənistanın yeni iqtisadi, nəqliyyat və təhlükəsizlik dayaqlarını formalaşdırmağa çalışır. Ancaq bu xarici siyasət kursunun əsas problemi ondan ibarətdir ki, rəsmi İrəvanın Rusiya ilə mövcud əlaqələrini sürətlə zəiflətməsi Kremlin siyasi-iqtisadi reaksiyasını da sərtləşdirir.

Digər tərəfdən, Avropa Birliyi və ABŞ-la yaxınlaşma Ermənistan üçün yeni imkanlar açmaqla yanaşı, olduqca ciddi təhlükəsizlik riskləri də yaradır. Belə ki, rəsmi İrəvanın Qərbə inteqrasiyası nə qədər sürətlənirsə, Rusiya ilə münasibətlərdə strateji qarşıdurma ehtimalı da bir o qədər artır. Ona görə də, indi Paşinyan hakimiyyətinin qarşısında duran əsas məsələ yalnız yeni tərəfdaşlar tapmaq deyil. Çünki hazırda köhnə tərəfdaşlarla münasibətlərin kəskin şəkildə pozulmasının mümkün nəticələrini də idarə etmək lazımdır.

Bu baxımdan, baş nazir Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə verdiyi məna isə bu prosesin psixoloji və siyasi tərəfini xüsusilə qabardır. Görünür, rəsmi İrəvan Rusiyanın müttəfiqlərindən gələn “Ermənistan bizə lazım deyil” məzmunlu mesajları artıq yalnız təzyiq kimi qəbul etmir. Yəni, Paşinyan hakimiyyəti bundan Ermənistan üçün alternativ geopolitik istiqamətləri sürətləndirmək üçün bəhanə-arqument kimi də istifadə etməyə çalışır.

Göründüyü kimi, Cənubi Qafqazda artıq tamamilə yeni geopolitik reallıqlar formalaşır. Ermənistan bir tərəfdən KTMT-dən uzaqlaşır, digər tərəfdən isə ABŞ və Avropa Birliyi ilə iqtisadi və nəqliyyat əlaqələrini dərinləşdirir. Buna paralel olaraq, Azərbaycanla sülh və regional kommunikasiyaların açılması ilə bağlı məsələləri də daha ön plana çıxarır. Və bu proses uğurla davam edərsə, Ermənistanın xarici siyasət kursunda son onilliklərin ən ciddi geopolitik transformasiyası baş verə bilər.

Ancaq onu da nəzərə almaq lazımdır ki, bu "geopolitik dönüş"ün son nəticəsi hələ tam müəyyənləşməyib. Belə ki, rəsmi İrəvanın qarşısında indi ikiqat sınaq mərhələsi dayanır. Yəni, rəsmi İrəvan Qərblə yaxınlaşmadan əldə ediləcək iqtisadi və siyasi dividendləri maksimum həddə çatdırmaq barədə düşünməyə məcburdur. Eyni zamanda, Paşinyan hakimiyyəti Rusiya ilə münasibətlərin tam qarşıdurmaya çevrilməsinin qarşısını almağın yolunu da tapmalıdır. Və bu baxımdan, Ermənistanın növbəti addımları məhz belə bir balansın hansı səviyyədə qoruna biləcəyini göstərəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... – Deputatdan AÇIQLAMA
Bu gün, 17:46
Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
Bu gün, 17:40
Bakılı general Ermənistan müxalifətini kurasiya edir - Ermənistan KİV
Bu gün, 17:31
Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? - AKTUAL
Bu gün, 17:22
“Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” - ONA GÖRƏ DƏ...
Bu gün, 17:20
Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor - İNCƏLƏMƏ
Bu gün, 17:18
Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı - FOTO
Bu gün, 17:13
Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU
Bu gün, 17:06
Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: - Ermənistan Rusiyadan Qərbə "Belarusun çiynində" qaçır
Bu gün, 17:02
Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb – Eldar Əzizov
Bu gün, 16:55
“IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” - Tevanyan
Bu gün, 15:32
Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? - TƏFƏRRÜAT
Bu gün, 15:30
Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var
Bu gün, 15:28
Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik – SİFARİŞ
Bu gün, 15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
Bu gün, 13:45
“Anklavları Bakıya verməmək müharibə deməkdir” - Ekspert
Bu gün, 13:37
Naxçıvanla bağlı Bakıdan verilən qərar – Mühüm dəyişikliklər olacaq
Bu gün, 13:33
Azərbaycan neftinin qiyməti 97 dolları ötdü
Bu gün, 13:27
Şahnaz Haşımova Aybəniz Haşımovadan danışdı: - "Elə bilirəm öz balamdır"
Bu gün, 12:59
"Yol dağılıb, birgünlük ərzaq var" - Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı
Bu gün, 12:57
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
Bu gün, 12:53
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Bu gün, 12:52
“Gözü götürmür, imkanları olsaydı ayağından elə dartardılar ki...” - Səməd Səmədovun xanımından Rozaya
Bu gün, 12:50
Qarajda meyiti aşkarlanan Qiyas futbolçu imiş - TƏFƏRRÜAT
Bu gün, 12:46
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
Bu gün, 12:27
Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA
Bu gün, 12:14
Vardanyanın arvadı Bakıya gələ biləcəkmi? - AKTUAL
Bu gün, 12:03
Zəngəzur dəhlizinə məsul şəxs məzuniyyətə çıxır
Bu gün, 11:58
İrəvanda Rusiya skandalı - Paşinyan “xain”ə qəzəbləndi, 5 gün əvvəl…
Bu gün, 11:55
Kanadada yaşayan azərbaycanlı loteriyada 1 milyon uddu - FOTO
Bu gün, 11:52
Taxıl, ət, qarğıdalı bahalaşır – Dünya ərzaq böhranına gedir
Bu gün, 11:49
"Sonuncu dəfə 11 il əvvəl tamaşaçılarımla görüşmüşdüm"
Bu gün, 11:48
Xaricdə işləməyə meyil: Axını dayandırmaq üçün nə edək? - AKTUAL
Bu gün, 11:44
Sərnişinlər marşrut çatışmazlığından şikayətçidir — “Azadlıq Prospekti”, “Nərimanov”, “20 Yanvar”...
Bu gün, 11:42
“Konstitusiya dəyişsə, normallaşma addımları gələcək” - GƏLİŞMƏ
Bu gün, 11:39
"İki İran"ın diplomatiyası: "yeni səhifə" yaxşı xəbərdir, amma... - İNCƏLƏMƏ
Bu gün, 11:38
“Falcon Finance” cəmi gəliri AZALIB - TƏFƏRRÜAT
Bu gün, 11:36
Əməliyyatdan sonra iflic olan Nigar öldü
Bu gün, 11:35
“Qırmızı Xaç”ın Azərbaycana qarşı qara niyyəti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:32
Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş - DETALLAR
Bu gün, 11:30
Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
Bu gün, 11:25
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
Bu gün, 11:19
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
Bu gün, 11:16
Paşinyan üçün geri sayım – İran “yox” dedi, Rusiya vaxt qoydu
Bu gün, 11:10
"Cəlil Məmmədquluzadə heç bir əsərində xalqı təhqir etməyib" - REAKSİYA
Bu gün, 11:04
YADDAŞ... – dövlət və milli gücün təməlidir
Bu gün, 11:02
Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 10:53
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:52
İcra başçısının qardaşı rəis təyin olundu - FOTO
Bu gün, 10:38
İndi kim deyə bilər ki, bu puldan QAZANC GÖTÜRÜLMÜR... - Vətəndaşın hesabı qanunsuz olaraq bloklanıb...
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru