"Son günlər məndən dəfələrlə soruşurlar: meşədə meyvə yığmaq nə vaxtdan cərimələnir?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Cavab verirəm ki, İnzibati Xətalar Məcəlləsində 2000-ci ildən nəzərdə tutulub.
Soruşurlar ki, bəs niyə indiyə kimi heç kəsi cərimələmirdilər? Cavab verirəm: neftimiz tükəndiyi üçün hökumətin yadına düşdü ki, yerüstü sərvətləri, qoz-fındığı da var..."












