Əsas Səhifə > Güney Press > Bakıda 55 yaşlı kişini dostu bıçaqlayıb
Bakıda 55 yaşlı kişini dostu bıçaqlayıbBu gün, 06:22 |
|
Bakının Suraxanı rayonunda 55 yaşlı kişi bıçaqlanıb. Teleqraf xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində baş verib. 1971-ci il təvəllüdlü Cəlilov Naib Təvəkkül oğlu dostu tərəfindən yaşadığı evdən küçəyə çağırılıb. Daha sonra həmin şəxs N.Cəlilova bıçaqla xəsarət yetirib. Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Geri qayıt |