Böyük Britaniyanın baş naziri Endi Börnhem Ukraynada uzaqmənzilli “SCALP” raketlərinin istehsalına başlanması üçün məxfi məlumatların Kiyevə ötürüləcəyini açıqlayacaq.
APA xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Məlumata görə, Britaniya hökuməti müdafiə şirkəti MBDA-nın Ukrayna və Fransanın Ukraynada “SCALP” raketləri üçün yerli istehsal xətləri yaratmaq planları çərçivəsində raketin Britaniyaya məxsus komponentləri barədə məxfi məlumatları ötürməsinə razılıq verib.
Börnhemin avqustun 24-də Kiyevə səfər edəcəyi bildirilir.




















