
"19 avqust 2026-cı ildə BirMarket/MyShop tətbiqindən bir məhsulu 91% endirimlə sifariş etdim. Sifariş tətbiq tərəfindən qəbul edildi və endirimli qiymətlə təsdiqləndi. Bununla bağlı məndə sifarişin, qiymətin və təsdiqin screenshot-ları var..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Çatdırılma tarixi əvvəlcə 21 avqust göstərilirdi. Daha sonra mənə əvvəlcədən məlumat verilmədən tarix 22 avqusta dəyişdirildi.
21 avqustda isə SMS gəldi ki, sifariş “satıcı vaxtında təhvil vermədiyi üçün” ləğv olunub.
Mən sifarişi vaxtında vermişəm, ödəniş/sifariş prosesi platforma tərəfindən qəbul edilərək təsdiqlənib. Məhsulun satıcı tərəfindən vaxtında təhvil verilməməsi mənim məsuliyyətim deyil.
Tələbim: təsdiqlənmiş sifarişin satıcının gecikməsi səbəbindən ləğv edilməsinə aydınlıq gətirilsin və məhsulun mənə əvvəl təsdiqlənmiş 91% endirimli qiymətlə təqdim edilməsi təmin olunsun.
Bütün screenshot və SMS sübutlarını təqdim edə bilərəm. Məsələnin ictimailəşdirilməsini və BirMarket/MyShop tərəfindən rəsmi açıqlama verilməsini xahiş edirəm..."
















