"Bulvarda "Mirvari"nin yanında oturduq. Deyirəm, gəl bir sadə çay içək, dəniz havası alaq, maksimum 5 manatlıq bir şey olar da..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı etiraz dolu paylaşımında jurnalist Şirin Cəfəri yazır.
O daha sonra başına gələnləri belə nəql edir: "Ofisiant qardaş yaxınlaşdı: — Mürəbbəli, yoxsa şokoladlı? — Yox, qardaşım, sadə çay olsun (içimdə də sevinirəm ki, ağıllı tərpənib büdcəyə qənaət elədik).
Çayı içib qurtardıq, "hesabı gətir" dedik. İçimdə 5 manatı hazırlayıram... Nə az, nə çox, düz 11 MANAT!
Görünür, çaynikin yanında gətirdikləri o 2 dənə tikə qəndin hər birini hərracdan alıb hesaba vurublar. Sadə çaya 11 manat verdımsə, mürəbbəli istəsəydim yəqin pasportumu girov götürərdilər.
Bulvarda çay içmək: 5% çay, 95% "dəniz manzarası vergisi"...
Sizdə vəziyyət necədir, son vaxtlar bulvarda rekordu təzələyən olub?"















