Dənizdə boğulduğu deyilən şəxs hava yolu ilə ölkəni tərk edib.
Avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqust ayının 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.







