“Hələ ki, teatrda fəaliyyətimi davam etdirirəm, amma nə seriala çəkilirəm, nə də filmlərə. Çünki çağıran yoxdur. Çağırsalar, əlbəttə, çəkilərəm”.
Uzun müddət işsiz olan, hazırda isə Sumqayıt Dövlət Dram Teatrında çalışan aktyor film və serial yaradıcılığında sükunət olduğunu bildirib.
Aktyor “abırlı insanlar niyə çox vaxt yerində sayır” sualını da cavablandırıb:
“Yaxşı bir deyim var: istedadlıya kömək olun, istedadsız onsuz da irəli gedəcək. Təəssüflər olsun ki, bu gün istedadsızlar öz fərasətləri ilə daha öndədir. Abırlı insanlar isə həmişə kənarda qalır. Amma mən düşünürəm ki, insanı geridə qoysa da, abır-həya adamda yaxşı şeydir. Mən istər həyatda, istərsə də sənət yolumda həmişə necə varamsa, elə olmuşam. Rol veriblər, oynamışam, verməyiblər, gözləmişəm”.













