Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Belə ki, klinikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 85 387.07 manat vergi borcu var.
Xatırladaq ki, Berlin Ailə və Uşaq Klinikası 2023-cü ildə əmək müqaviləsi bağlamadığı həkim tərədindən cərrahiyyə əməliyyatı icra olunduğuna görə 20 min manat məbləğində cərimələnib.
2024-cü ildə isə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarını pozduğuna görə cərimə olunub.
Məlumat üçün bildirək ki, “Berlin Ailə və Uşaq Klinikası” MMC 2021-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 358 469 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Həsən Rizvan oğludur. Klinika isə 2022-ci ilin oktyabrında fəaliyyətə başlayıb.










