Ermənistanlı iş adamı Samvel Karapetyanın son açıqlamaları hakimiyyətə yaxın media orqanlarının məsxərəsinə səbəb olub.
Musavat.com xəbər verir ki, Paşinyana yaxınlığı ilə tanınan "Baqramyan26" Teleqram kanalı Karapetyanın jurnalistlə dialoqundan bir hissə paylaşaraq onu istehza ilə tənqid edib.
Paylaşılan görüntülərdə jurnalist Samvel Karapetyana əvvəllər tərəfdarlarının onu "cənab baş nazir" adlandırdığını və "növbəti hakimiyyət" olacağına dair verdiyi vədləri xatırladır.
Buna cavab olaraq Karapetyan deyib:
"Az qala yox, indi də mənə elə müraciət edirlər."
Jurnalistin "Bəs bu baş vermədi axı?" sualına isə Karapetyan belə cavab verib:
"Nə baş vermədi? Haradan bilirsiniz ki, baş vermədi?"
Daha sonra o bildirib ki, Ermənistan xalqı onun siyasi mübarizədə qalmasını istəməlidir.
"Siz hamınız... Bütün erməni xalqı mənim mübarizədə qalmağımı arzulamalıdır. Çünki mənsiz onları hakimiyyətdən uzaqlaşdıra bilməyəcəksiniz",-deyə o, bildirib.
"Baqramyan26" kanalı isə bu açıqlamaları istehza ilə şərh edərək Karapetyanı tənqid edib. Kanal həmçinin onun Rusiya və Kipr vətəndaşlığından imtina etmədiyini iddia edərək bu məsələni də gündəmə gətirib.









