“Yanğının bizə aidiyyəti yoxdur” .....                     Tramp-Putin razılaşması: bu ölkələr təhlükə altında .....                     Paytaxt Bakıdan bu şəhərə köçürülür? .....                     Yasamal rayonunda 3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru saxlanılıb .....                     Paşinyan yeni konstitusiyadan danışdı .....                     Ərdoğanla Putin arasında telefon danışığı olacaq .....                     “Təsadüfi insanlar çoxdur, onlar gec-tez sənətdən gedəcəklər” .....                     "Burun və sinə əməliyyatı etdirmişəm, vəssəlam" .....                     Ərdoğan Makronla görüşüb .....                     Rəqsanə onlara xəbərdarlıq etdi .....                     “Narkotikə görə onları itirdim” .....                     "Azərbaycan dünyada yaxşı mənada katalizator rolunu oynayır" .....                     Rus ordusu Petrovskoyeni işğal etdi .....                     BU NƏDİR BELƏ: Neftçilər üçün SÜNİ ƏNGƏL... .....                     Kremlin Bakı ilə bağlı planı var? .....                     Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşündəki razılaşmalar açıqlanıb .....                     MİDA Sarayda milyonluq tikinti layihəsini “GM Construction”a həvalə edir, amma... .....                     Kadırovun varisini müəyyənləşdirmək uğrunda “döyüş” gedir .....                     Hazırda onun ailəsi də reanimasiyadadır... .....                     Odlar Yurdu Universitetinin adı müasir olub, özü olmayan “elmi” məqalələri .....                     İsrail mediasından Azərbaycanla bağlı açıqlama .....                     Bakı və İrəvan arasında 100 illik sənəd ortaya çıxdı .....                     Şəhidlərin əşyaları məzarda yox, muzeydə qorunsun! .....                     Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış? .....                     Təklif ürəkaçandır, amma büdcəyə pul lazımdır .....                     "Ruslar yenə də tariximizi saxtalaşdırmaq istəyir..." .....                     Qida eksperti “monqol quzuları” ilə bağlı hər şeyi DANIŞDI .....                     "Samirə qazi övladıdır və belə bir humanist addım atmağın onun üçün nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil" .....                     "Çalışın, burdan heç nə almayın..." .....                     Müəllimlər məktəbdə qalmağa məcbur deyillər .....                     Şimali Avropa və Baltikyanı dövlətlər Ukraynaya dəstəklərini bəyan edib .....                     Bax, indi nə hacı var, nə də rayon prokuroru... .....                     Gəncə Regional Kolleci BAĞLANA BİLƏR... .....                     Ukrayna üzrə razılaşma demək olar ki, hazırdır .....                     SOCAR-da MAAŞ ARTIMI: Bu sənədi saxtalaşdırıblar... .....                     "Bilsəm ki, ödənişi geri ala biləcəm sizi RƏDD EDƏRDİM..." .....                     Əmrullayevin islahatçı obrazı... .....                     Trampın sərvəti 1,1 milyard dollar azalıb .....                     "Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin" .....                     'AAAF Park'da işçinin başına elə oyun açdılar ki... .....                 

Tramp-Putin razılaşması: bu ölkələr təhlükə altında - DÜNYANI BÖLÜBLƏR?
Tarix: Bu gün, 17:17 | Çap et

ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsinə dair Kiyevə təklif etdiyi, hələlik yekun sayılmayan “28 maddəlik sülh planı” hazırda əsas gündəmdir. Analitiklər bunun Ukrayna üçün “kapitulyasiya aktı” anlamına gəldiyi və Rusiyanın da razılaşmayacağı məqamların olmasını əsas gətirərək qəbul edilməyəcəyini iddia edirlər.

ABŞ xəbərdarlıq edib ki, əgər Kiyev cümə axşamına qədər sülh müqaviləsini imzalamasa, Ukrayna daha sərt şərtlərlə razılaşmalı olacaq. ABŞ ordusunun katibi Driskoll bunu Zelenski ilə görüşündə bildirib.

Daha çox münaqişənin dondurulması təsirini bağışlayan “sülh planı”nın Ukrayna və Rusiya üçün mahiyyəti nədir? Ukrayna ABŞ-ın təzyiqlərinə davam gətirə biləcəkmi? Zelenskinin xalqa müraciətində “əsas tərəfdaş” adlandırdığı ABŞ bu plana görə həm Ukrayna, həm də Rusiya ilə iqtisadi əməkdaşlıqdan faydalanır.Hansı dəyişikliklər yekun sülh planı olaraq məqbul sayıla bilər?

Globalinfo.az-a danışan Dünya Siyasəti İnstitutunun direktoru, Ukrayna Milli Texniki Universitetinin dosenti Evgeni Maqda deyib ki, bu plana görə Rusiyanın itirəcəyi bir şey yoxdur:

“Düzdür, Trampın hərəkətləri artıq uzun müddətdir ki, Rusiyanın təcavüzkar statusunu inkar edir, ona görə də bu təəccüblü deyil. Lakin bu plan həyata keçiriləcəyi təqdirdə Ukraynanın müstəqilliyi üçün real təhlükə yaranacağı göz qabağındadır. Buna diqqət yetirilməlidir.

Burada xüsusi məqam ABŞ-ın prosesdən faydalanmasıdır. Rusiya hətta Avropada dondurulmuş aktivlərini ABŞ-la yarıbayarı bölüşməyə söz verib. Əlbəttə ki, buradakı itkisini ələ keçirilmiş Ukrayna əraziləri ilə kompensasiya etmək niyyətindədir. Bu səbəbdən, əslində, bu plan, deyərdim ki, çox manipulyativ xarakter daşıyır və Kremlin istəklərini əks etdirir. Fikrimcə, bu, çox aşkardır”.

Ukraynalı politoloqun fikrincə, Avropa liderlərinin 28 bəndi dəstəkləməməsində təəccüblü heç nə yoxdur:

“Çünki onlar tətbiq olunarsa, Ukrayna çox çətin vəziyyətdə olar və heç bir Avropa ölkəsi rahat yata bilməz. Amma eyni zamanda, Ağ Ev administrasiyasının Trampın qlobal sülhməramlı olmaq istəyini təmin etməyə çalışdığını başa düşmək lazımdır. Buna görə də Şükranlıq Gününə (noyabrın sonuncu cümə axşamı günü-red) qədər hər şey həll olunmalıdır. Müasir dünyada bu cür geniş cəbhə xəttinə malik ən böyük müharibəni bir həftə ərzində necə dayandırmaq olar? Bu da onu göstərir ki, ABŞ-da heç kim Ukrayna haqqında düşünmür”.

Rus politoloq, MQİMO-nun dosenti, Rusiya xarici siyasəti üzrə ekspert Kiril Koktışın sözlərinə görə, Prezident Vladimir Putin bildirib ki, plan hələ Ankoric görüşündən (15 avqust 2025-ci il – red) əvvəl Rusiya və ABŞ arasında aparılan müzakirələrə əsaslanır, müzakirə olunanların dəyişdirilmiş versiyasıdır və gələcək fəaliyyət üçün əsas kimi qəbul edilə bilər:

“Beləliklə, yeganə maneə Ukrayna və onun Avropa müttəfiqlərinin mövqeyi ilə bağlıdır. Onlar Avropada dondurulmuş Rusiya vəsaitlərini müsadirə etmək üçün müharibəni ən azı bir il uzatmağa ümid edirlər.

Eyni zamanda, aydındır ki, münaqişənin dondurulması üçün 28 bənd çoxdur. Plana Rusiya üçün qırmızı xətt təşkil edən əksər məsələlər daxildir: Ukraynanın NATO üzvlüyünə Rusiyanın faktiki olaraq veto qoyması, Ukrayna ordusunda hərbçilərin sayına və silahlanmaya məhdudiyyətlər, başqa sözlə, onun demilitarizasiyası və rus dili və Rus Pravoslav Kilsəsinin hüquqlarının bərpası, başqa sözlə, Ukraynanın de-fakto denasifikasiyası.

Vaşinqton və Moskva arasında əməkdaşlığa və qarşılıqlı əlaqəyə gəldikdə isə, o, bir neçə istiqamətdə həyata keçirilir. Ukrayna bunlardan “biri”dir və bu sahədə əldə edilən uğur digər istiqamətlərdə irəliləyiş üçün vacib şərt deyil”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yanğının bizə aidiyyəti yoxdur” - Restoranın sahibi danışdı
Bu gün, 17:27
Tramp-Putin razılaşması: bu ölkələr təhlükə altında - DÜNYANI BÖLÜBLƏR?
Bu gün, 17:17
Paytaxt Bakıdan bu şəhərə köçürülür? - AÇIQLAMA
Bu gün, 17:12
Yasamal rayonunda 3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru saxlanılıb - Baş Prokurorluq açıqlama yaydı
Bu gün, 17:10
Paşinyan yeni konstitusiyadan danışdı - “Yeni şərab yeni şərab tuluqlarına tökülür”
Bu gün, 16:17
Ərdoğanla Putin arasında telefon danışığı olacaq
Bu gün, 16:13
“Təsadüfi insanlar çoxdur, onlar gec-tez sənətdən gedəcəklər” - Əməkdar artist
Bu gün, 15:10
"Burun və sinə əməliyyatı etdirmişəm, vəssəlam"
Bu gün, 15:08
Ərdoğan Makronla görüşüb
Bu gün, 15:05
Rəqsanə onlara xəbərdarlıq etdi - “İctimaiyyəti çaşdırmayın”
Bu gün, 14:36
“Narkotikə görə onları itirdim” – Rüfətdən gözlənilməz etiraf
Bu gün, 14:33
"Azərbaycan dünyada yaxşı mənada katalizator rolunu oynayır" - ŞƏRH
Bu gün, 14:31
Rus ordusu Petrovskoyeni işğal etdi
Bu gün, 14:28
BU NƏDİR BELƏ: Neftçilər üçün SÜNİ ƏNGƏL... - NARAZILIQ VAR...
Bu gün, 14:21
Kremlin Bakı ilə bağlı planı var? – Vacib məqamlar
Bu gün, 13:35
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşündəki razılaşmalar açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 13:30
MİDA Sarayda milyonluq tikinti layihəsini “GM Construction”a həvalə edir, amma... – şirkətin isə dövlətə vergi borcu var
Bu gün, 13:27
Kadırovun varisini müəyyənləşdirmək uğrunda “döyüş” gedir - “Важные истории”
Bu gün, 13:12
Hazırda onun ailəsi də reanimasiyadadır... - FOTO
Bu gün, 13:09
Odlar Yurdu Universitetinin adı müasir olub, özü olmayan “elmi” məqalələri - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
İsrail mediasından Azərbaycanla bağlı açıqlama - “...imtina edib"
Bu gün, 12:53
Bakı və İrəvan arasında 100 illik sənəd ortaya çıxdı – İnanılmaz detallar
Bu gün, 12:50
Şəhidlərin əşyaları məzarda yox, muzeydə qorunsun! - AKTUAL
Bu gün, 12:48
Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış? - “OTV Azerbaijan”
Bu gün, 12:46
Təklif ürəkaçandır, amma büdcəyə pul lazımdır - ONA GÖRƏ DƏ...
Bu gün, 11:33
"Ruslar yenə də tariximizi saxtalaşdırmaq istəyir..." - Görünəni odur ki...
Bu gün, 11:29
Qida eksperti “monqol quzuları” ilə bağlı hər şeyi DANIŞDI - SƏN DEMƏ...
Bu gün, 11:00
"Samirə qazi övladıdır və belə bir humanist addım atmağın onun üçün nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil" - REAKSİYA
Bu gün, 10:56
"Çalışın, burdan heç nə almayın..." - Müştərisi uyardı...
Bu gün, 10:46
Müəllimlər məktəbdə qalmağa məcbur deyillər - ETİRAZ
Bu gün, 10:38
Şimali Avropa və Baltikyanı dövlətlər Ukraynaya dəstəklərini bəyan edib - TƏFƏRRÜAT
Bu gün, 10:31
Bax, indi nə hacı var, nə də rayon prokuroru... - replika
Bu gün, 07:37
Gəncə Regional Kolleci BAĞLANA BİLƏR... - İTTİHAM VAR...
Bu gün, 07:33
Ukrayna üzrə razılaşma demək olar ki, hazırdır - Trampın xüsusi nümayəndəsi
Bu gün, 07:29
SOCAR-da MAAŞ ARTIMI: Bu sənədi saxtalaşdırıblar... - işçilər NARAZIDIR
Bu gün, 07:27
"Bilsəm ki, ödənişi geri ala biləcəm sizi RƏDD EDƏRDİM..." - ETİRAZ
Bu gün, 07:09
Əmrullayevin islahatçı obrazı... - nazir danışır, amma...
Bu gün, 07:00
Trampın sərvəti 1,1 milyard dollar azalıb - "Forbes"
Bu gün, 06:58
"Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin" - ÇAĞIRIŞ
Bu gün, 06:57
'AAAF Park'da işçinin başına elə oyun açdılar ki... - NARAZILIQ VAR...
Bu gün, 06:41
Cəlilabadda təhsil belə inkişaf edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:34
Başı cəncəldə olan nazirlik HOQQA VERİR - İcazə verin şübhələnək...
Bu gün, 06:29
Əmrullayevin əcaib-qəraib məntiqi... - nazir deyir ki...
Bu gün, 06:17
"Uşaqlarım demək olar ki, havada qalıblar"
Bu gün, 06:08
ABŞ-ın xəbərdarlığından sonra altı aviaşirkət Venesuelaya uçuşları ləğv edib
Bu gün, 05:59
"Biz işlərimizi bu şəkildə qura bilsək, formalaşdıra bilsək, təhsilimiz daha uğurlu olar" - ÇIXIŞ YOLU...
Dünən, 12:34
Ölkəmizdə yığılan avtomobillər anbarlarda QALIB – Niyə alıcı tapılmır?
Dünən, 12:31
AZƏRTAC-ın əməkdaşları İrəvanda oldu?.. - Hansı tədbirdə?..
Dünən, 12:30
KTN 154 min manatlıq katric alacaq: Nazirlik nəşriyyat yaradır? - BU NƏDİ BELƏ?
Dünən, 12:14
Repetitorluq ləğv edilir? - AKTUAL
Dünən, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru