Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

Təklif ürəkaçandır, amma büdcəyə pul lazımdır - ONA GÖRƏ DƏ...
Tarix: 23-11-2025, 11:33 | Çap et

"Azərbaycanda indən sonra yeni iş yeri açan və yaxud da əmək haqqını artıran sahibkarların ödədikləri əmək haqlarına ən azı bir il müddətinə vergilərdən 50 faiz güzəşt tətbiq olunsun".

Bunu Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, sadələşdirilmiş verginin həcminin 200 mindən 400 minə qədər artırılması və bunun nağdsız ödənişlərə bağlanması bir mühüm bir yenilikdir: “Hazırda Azərbaycan dövlət büdcəsi gəlirlərinin hər 100 manatından 44 manatı verginin hesabına, 18 manatı isə gömrük ödənişləri hesabına formalaşır. Gürcüstan dövlət büdcəsində dövlət büdcə gəlirlərinin hər 100 manatının 78 manatı vergi hesabına formalaşır. Türkiyənin dövlət büdcəsində hər daxil olan 100 manatın 86 faizi dövlət vergilərinin hesabına formalaşır. Yəni Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaq, vergi yükü digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır və bu istiqamətdə dövlətin iqtisadi siyasətinin həqiqətən də sosial olduğunu deməyə bir də əsas verir. Amma bu o deməkdir ki, bu istiqamətdə vergi dərəcələrinin deyil, vergi bazasının artması yönündə də müəyyən işlər görmək lazımdır. Biz hər zaman vergi güzəştləri, vergilərin azad olunması ilə bağlı danışmışıq. Hazırda Azərbaycanda dövlət büdcəsindən gəlirlərdən 7,3 milyard manat həcmində azadolmalar mövcuddur. Bunun təxminən 3,5 milyardı gömrükdən azadolmalardır, 3,8 milyardı isə sahibkarlıqdan azadolmalardır. Bu dövlət büdcəsi gəlirləri 20%-ə yaxındır. Belə halda istənilən bir vergidən güzəştlər məqsədli və müddətli olur. Məqsədimiz də aydındır, vergi bazasının artması, daha çox insan və sahibkarların şəffaflaşması ilə bağlıdır. Azərbaycan dövlətinin, xüsusən hökumətin apardığı vergi siyasəti kifayət qədər effektivdir, yumşaqdır və eyni zamanda gəlirlərə və öz ölkənin sosial vəziyyətinə uyğunlaşan bir siyasətdir”.

Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda həm də nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılması ilə bağlıdır: “Təklif etmək istəyərdim ki, Azərbaycanda indən sonra yeni iş yeri açan və yaxud da əməkhaqqını artıran sahibkarların ödədikləri əməkhaqlarına ən azı bir il müddətinə vergilərdən 50 faiz güzəşt tətbiq olunsun. İkincisi, Azərbaycanda indi universiteti qurtaran, universiteti qurtarıb ilk dəfə əmək bazarına daxil olan insanlara da vergi güzəştləri tətbiq etmək lazımdır ki, bu məşğulluqda daha çox effekt versin”.

İqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında vergi güzəştlərinin tətbiqinin istənilən halda iqtisadi baxımdan müsbət tendensiya olduğunu deyib. Onun sözlərinə görə, sahibkarları yeni iş yerləri açmağa və əməkhaqqını artırmağa təşviq edir, eyni zamanda universiteti bitirib ilk dəfə əmək bazarına daxil olan gənclərin məşğulluq imkanlarını genişləndirir: “Bu cür tədbirlər həm işçi qüvvəsinin aktivliyini yüksəldir, həm də daxili tələbi stimullaşdıraraq iqtisadi fəallığı gücləndirir. Lakin bir reallıq da var ki, verilməyən vergilər dövlət büdcəsinin toplanmayan gəlirləridir.

Vergi güzəştləri dövlət büdcəsinin gəlirlərinin azalması deməkdir. Dövlət büdcəsi isə bir sıra sahələrdə xərcləri qarşılamalıdır. Buraya ordunun saxlanılması və silah-sursat alışı, pensiya və sosial müavinətlərin ödənilməsi, hüquq-mühafizə orqanları, ədliyyə və məhkəmə sistemlərinin fəaliyyətinin təmin olunması daxildir. Əgər dövlət vergi gəlirlərindən imtina edirsə, bu xərclərin hansı mənbələr hesabına qarşılanacağını nəzərə almaq vacibdir.

Mən hesab edirəm ki, büdcə xərclərinin azaldılması üçün dövlətin balacalaşması, yəni xərclərin optimallaşdırılması və səmərəli idarə olunması mümkündür, amma hazırkı şəraitdə belə bir niyyət və ciddi addımlar görünmür. Neft Fondunun gəlirlərinin azalması isə əlavə çətinliklər yaradır, çünki bu vəsaitlər uzun illər ərzində büdcənin maliyyələşdirilməsində vacib rol oynayıb”.

İqtisadçı qeyd edib ki, vergi güzəştlərinin iqtisadi stimul kimi faydaları olsa da, bunlar yalnız dövlət maliyyə imkanları daxilində həyata keçirilməlidir. Əgər büdcədə kifayət qədər vəsait yoxdursa, güzəştlər dövlətin maliyyə sabitliyini riskə atmış olar: “Dövlət sahibkarlara və gənclərə vergi güzəştləri edə bilirsə, bu təşəbbüs müsbət qarşılanmalıdır, amma bu addımın reallıqla uyğunluğu və büdcəyə təsiri diqqətlə analiz edilməlidir.

Bir daha qeyd edirəm, vergi güzəştləri iqtisadi stimul yaratmaqla yanaşı büdcəyə də potensial yük gətirir. Belə qərarlar həm iqtisadi, həm də maliyyə reallıqlarını nəzərə alaraq balanslı şəkildə qəbul edilməlidir. Bəli, təklif müsbət və ürəkaçandır, reallıqda isə büdcəyə pul lazımdır. Əgər bu şərtlər altında dövlət vergi güzəştləri edə bilirsə, etsin!” .











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Cəsarətli siyasət - RƏY
Dünən, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Dünən, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Dünən, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Dünən, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Dünən, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Dünən, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Dünən, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Dünən, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Dünən, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru