"SOCAR Azneft İstehsalat Birliyi "Abşeronneft"də çalışan neftçilər yeni problemlə üzləşiblər. "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri "Abşeronneft"də çalışan neftçilərə istinadən bildirir:
"Bu gün səhər saat 9-da Abşeronneftdə 4 -cü mədəndə növbə dəyişməlidi, amma dövlət sərhəd xidmətinin əməkdaşları Dübəndidə gəmiyə minen bütün neftçilərin sənədlərini yoxlayır. Heç bir izahat verilmədən lşçilər 5 saatdır yoxlanıldığı üçün işə gecikdirilir.
Xahiş edirik, bu məsələ həllini tapsın, neftçilər əziyyət çəkir. Gəmi budur: MPK 474 PS 173...
Neftçi onu da qeyd etdi ki,artıq 2-ci dəfədir ki, belə hərtərəfli yoxlama aparılır SOCAR isə susur... Dübəndi sərhəd keçid məntəqəsidir ki?"








