"Azərbaycanlı və rus arxeoloqları Azıx mağarasında birgə arxeoloji qazıntıları yenidən başlayıblar..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov çıxış edib.
O daha sonra bildirir: "Deyilənə görə, tədqiqatlar Afrikanı 2 milyon il əvvəl tərk etmiş ilkin insanın Avrasiyada yayılması barədə daha geniş məlumatlar əldə etməyə imkan verəcək.
Görünən odur ki, ruslar yenə də tariximizi saxtalaşdırmaq istəyir.
Biz Afrikadan-zaddan gəlməmişik. Əzəldən burada yaşamışıq və xalis türk dilində danışmışıq. Sonra başqaları bizi istila edərək dilimizi öz sözləri ilə zibillədilər..."










