Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Dövlət Sosial Müdafiə Fondu “Yenimotor” MMC-dən 2025-ci il istehsalı olan 1 ədəd sedan tipli xidməti minik avtomobili alır.
Yeniavaz.com xəbər verir ki, 56 min100 manat dəyərində olan avtomobilin satın alınması ilə bağlı tender müsabiqəsi 23 oktyabr 2025-ci il tarixində yekunlaşıb.
Bildirilir ki, satın alınacaq hibrid avtomobil 1900–2400 sm³ mühərrik həcminə sahib olacaq.
Qeyd edək ki, “Yenimotor” MMC (VÖEN – 1400531391) “Honda” markalı avtomobillərin satışı ilə məşğul olan şirkət kimi tanınır. Daha əvvəl Sosial Xidmətlər Agentliyi də bu şirkətdən 305 min manata 5 ədəd pikap tipli avtomobil satın alıb.