Müdafiə Nazirliyi Qərbi Qazaxıstan vilayətinin Burlinski rayonunda naməlum PUA-nın partladığını təsdiqləyib.
APA “Tengrinews”a istinadən xəbər verir ki, PUA-nın qalıqları ucqar ərazidə, əhalinin yaşadığı ərazidən kənarda aşkarlanıb.
Tələfat və maddi ziyan qeydə alınmayıb, hava məkanına nəzarət gücləndirilir.
PUA-nın potensial sahibi ola biləcək xarici tərəfdaşlarla məsləhətləşmələrin aparıldığı bildirilir.