Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisinin şikayəti üzrə .....                     Sabah hava az çiskinli olacaq .....                     Ədliyyə Nazirliyinin İCRA XİDMƏTİnin “elektron icra” dələduzluğu .....                     “Natiq Nuriyevin günahı yoxdur” .....                     Həyat yoldaşının səhifəsində narkotiki təbliğ edən video paylaşdı .....                     “Hər kəs boyundan yuxarı hoppana bilməz, “Qarabağ” isə hoppanıb” .....                     Daha bir məktəb direktoru işdən çıxarıldı .....                     Valeh Mirzaliyev respublikanın təhsil müəssisələrini bir nəfərə bağlı iki şirkətin ümidinə qoyub .....                     İsmayıllıda yeni istifadəyə verilən "Talıstan" liseyinə direktor təyinatı olub .....                     İş qurmaq adı ilə 87 min manatlıq dələduzluq edilib, bir nəfər saxlanılıb .....                     Rasional düşüncənin oyanışı: Cənubi Qafqazın yeni reallığı .....                     Ramiz Mehdiyevin daha bir adamı, nazir, deputat – GÖZLƏNİLMƏZ AD .....                     Yarım milyonluq ofis qalmaqalı: “AMAY” rəhbərliyi məğlub oldu .....                     Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… .....                     Nazirlik 20 milyonluq sifarişi eyni şirkətə verdi .....                     Elm və Təhsil Nazirliyinin mətbu orqanı borca düşüb .....                     4 milyon manatlıq aqropark .....                     Bakını sökəndə də İKİ YERƏ BÖLÜB SÖKÜRLƏR... .....                     “Bu, Həcc deyil, din biznesidir” .....                     Bakıda KURYOZ OLAY .....                     Mehdiyevə TİBBİ EKSPERTİZA təyin olunacaq: YADDAŞINI itirib? .....                     Dərsliklərin dili niyə şagirdlər üçün anlaşılmaz olur? .....                     Pezeşkiandan etiraf .....                     Təbrizdə illik kitab sərgisi yenə də ləğv edildi .....                     "Mənə muğam oxutdurub 50 dollar verdi" .....                     Sabirabad icra və probasiya şöbəsi üçün binanın icarəsinə bu qədər vəsait ödəniləcək .....                     II Qaregin həbs olunsa belə, katolikosluqdan imtina etməyəcək .....                     "Cənab İlham Əliyevi Tehranda gözləyirik" .....                     RAMİZ MEHDİYEVİN QIZI NƏYƏ VƏ YA KİMƏ ÜMİD EDİRMİŞ? .....                     Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi UCDANTUTMA RÜŞVƏT BURULĞANINDA .....                     “İrəvanda gəzintiyə çıxdıq, münasibət tam normal idi” .....                     Lukoyl-un Azərbaycandakı fəaliyyəti ABŞ sanksiyalarından azad olunub .....                     Həmin hadisəyə görə məhkəməlik oldular .....                     Süleyman Abdullayevin qızından nazirə MÜRACİƏT .....                     "Hamısına rüşvət vermişəm, kimə istəyirsən, de!" .....                     YASAMALI NİYƏ XARABA GÜNƏ QOYURLAR AXI... .....                     Faktiki olaraq Azərbaycan Ermənistana çörək verir .....                     İşçiyə hədə-qorxu gəlir... işçini ŞANTAJ EDİRLƏR... .....                     TELEFON DƏLƏDUZLARI İŞ BAŞINDA... .....                     Qida və mebel satan şirkətin 89 MİN VERGİ BORCU VAR .....                 

SOCAR ABSURDU: Xadimələri də imtahan edirlər - NHMT sədri SORUŞUR Kİ...
Tarix: Bu gün, 07:12 | Çap et

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan müəssisələrdə işçilərə ixtisarlarla bağlı kütləvi xəbərdarlıqlar göndərildiyi bildirilir. Məlumata görə, bu ilin əvvəlindən “Azəriqaz” İstehsalat Birliyində (İB) başlayan ixtisar prosesi artıq neft-qazçıxarma idarələrinə də yayılıb.

“Abşeronneft” Neft-Qazçıxarma İdarəsindən daxil olan şikayətlərdə qeyd olunur ki, müəssisənin kadrlar şöbəsinin rəhbəri 60 və daha yuxarı yaşda olan əməkdaşlara könüllü şəkildə ərizə yazaraq işdən çıxmalarını təklif edib. İddialara görə, təklifi qəbul etməyənlər imtahanla hədələnir. Bildirilir ki, imtahandan keçməyən işçilər təklif edilən kompensasiyalardan da məhrum edilə bilərlər.

Oxşar vəziyyət “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətində də yaşanır. Neftçilərin sözlərinə görə, xidmətin rəisi Zaur Cəfərov 60 yaşdan yuxarı əməkdaşlara işdən çıxmaq üçün ərizə yazmaları barədə xəbərdarlıq edib.

Şikayətçilərin sözlərinə əsasən, SOCAR strukturunda 60 yaşdan yuxarı işçilərə yanvar ayına qədər vaxt verilib.

SOCAR-dan ixtisarlarla bağlı rəsmi açıqlama almaq mümkün olmadı.

Bu ilin əvvəlindənetibarən “Azəriqaz” İB-də xeyli sayda işçi imtahanlar nəticəsində işdən uzaqlaşdırılıb. Regional idarələrdə isə hətta xadimələr də daxil olmaqla, sıravi işçilər ixtisar məqsədilə imtahan prosesinə cəlb olunublar.

Şikayətçilər bildirirlər ki, idarələrdə hər 5 ildən bir attestasiya aparılır, imtahan isə yalnız işə qəbul zamanı verilir. Onların sözlərinə görə, hazırda “imtahan” adı altında qanunsuz ixtisarlar aparılır və bu, mövcud qanunvericiliyə ziddir.

“60+ yaş insanlara hədə-qorxu gələrək onları imtahana cəlb etmək nə mənəviyyata, nə də qanuna sığır”

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə açıqlamasında bildirib ki, SOCAR-ın struktur bölmələrində heç bir rəsmi xəbərdarlıq edilmədən qəribə proseslər baş verir. Onun sözlərinə görə, “Azneft”in “Dalğıc Xidməti”, həmçinin “Bibiheybət” və “Nərimanov” Neft-Qazçıxarma İdarələrindən təşkilata çoxsaylı şikayətlər daxil olub:

“Burada çalışan işçilər bildirirlər ki, İnsan Resursları Departamenti və müvafiq idarə rəhbərləri əllərində bir kağız tutaraq 60+ yaşlı əməkdaşlara könüllü ərizə yazmağı təklif edirlər. Guya müəyyən kompensasiya müqabilində iş yerini tərk etməlidirlər. İşçilər isə tələb edə bilmirlər ki, bu, hansı sənədə, qanuna əsaslanır. Sual yaranır: bu, rəsmi əmrdir, yoxsa göstəriş?”

Mirvari Qəhrəmanlının sözlərinə görə, görünən odur ki, SOCAR prezidenti Rövşən Nəcəf ilə Neft-qaz İşçiləri Həmkarlar İttifaqı arasında qəbul edilmiş qərar əsasında struktur dəyişikliyi həyata keçirilir:

“Yerlərdə işçilərə bildiriblər ki, bu, yuxarıdan gələn göstərişdir. Onlara yazılı formada heç bir sənəd təqdim edilmir. Əslində, baş verənlər qanunvericiliyin, xüsusilə də Əmək Məcəlləsinin kobud şəkildə pozulması deməkdir.”

Hüquq müdafiəçisi hesab edir ki, baş verən prosesdə təkcə kobud qanun pozuntusu deyil, həm də 60 və daha yuxarı yaşda olan işçilərə qarşı mənəvi-psixoloji təzyiqdir:


“Yaşla əlaqədar belə bir tələblə işdən uzaqlaşdırma Əmək Məcəlləsinə ziddir. Əgər hər hansı ixtisar qanuni formada, kompensasiya müqabilində aparılsaydı, bu, qanun pozuntusu sayılmazdı. Yəni idarə və müəssisələrdə işçilərin sayını azaltmaq üçün müəyyən təkliflər edilə bilərdi. Bu zaman SOCAR-ın struktur bölmələri işçiləri bu proseslə bağlı rəsmi əmr və ya qərarla tanış etmədir. Həmin sənədlərdə izah olunmalı idi ki, struktur dəyişikliyi aparılır və bunun nəticəsində ixtisarlar olacaq. Amma məhz yaş senzini 60+ müəyyənləşdirmək insan hüquqlarının kobud şəkildə pozulması, onlara psixoloji və mənəvi təzyiq göstərilməsi deməkdir. Buna görə məsuliyyət daşıyan şəxslər var. Biz hər gün bu məsələ ilə maraqlanır, maarifləndirmə işləri aparırıq.”

NHMT sədrinin sözlərinə görə, bəzi işçilərə təkcə xəbərdarlıq edilmir, eyni zamanda onlara hədə-qorxu gəlirlər ki, əgər kompensasiyanı qəbul edib ərizə yazmasalar, imtahana cəlb olunacaqlar:

“Belə imtahanlarda əvvəllər də şahid olmuşuq ki, suallar elə tərtib edilir ki, işçilərin ixtisasına uyğun olmur. Məsələn, adi operatora baş mühəndis səviyyəsində suallar salınır ki, cavab verə bilməsin. İndi də eyni vəziyyət yaranıb, işçilər imtahanla hədələnir. Bu imtahanlar prosesinə heç bir nəzarət olmayacaq, kim tərəfindən yoxlanacağı da məlum deyil”.

Hüquq müdafiəçisi bildirir ki, işçilərin bilik və bacarıqlarının yoxlanılması üçün hər 5 ildən bir attestasiya aparılır. Belə olan halda əlavə imtahanların təşkili qanunun növbəti kobud pozuntusu sayılır:

“Attestasiya zamanı bilik və bacarığı qiymətləndirilmiş işçiyə hansı əsasla imtahanla hədə-qorxu gələ bilərlər? İşçilərin peşəkarlıq səviyyəsinin, ixtisasına və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi yalnız Əmək Məcəlləsində nəzərdə tutulan qaydada attestasiyadan keçirilmə və illik qiymətləndirmə nəticəsində mümkündür.Əmək münasibətləri dövründə işçilərin peşəkarlığının imtahan, test, müsahibə və ya digər üsullarla müəyyən edilməsi, bu əsaslarla onların işdə saxlanılması, başqa vəzifəyə keçirilməsi və ya əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin tələblərinin pozulması deməkdir.”

Mirvari Qəhrəmanlı əlavə edib ki, biliklərin yenidən qiymətləndirilməsi yalnız vakansiya yarandığı halda, yəni hər hansı ştat üzrə yeni işçi axtarıldıqda mümkündür:

“Belə hallarda müsabiqə keçirilə və daha uyğun namizəd seçilə bilər. Amma 60 yaşdan yuxarı insanlara hədə-qorxu gələrək onları imtahana cəlb etmək nə mənəviyyata, nə də qanuna sığır. Bu insanlar onsuz da 64 yaşında təqaüdə çıxacaqlar. Hələlik bilinmir ki, gələcəkdə təqaüd yaşı artırılacaq, ya yox. Amma bu yaşda olan bir insanı işdən çıxardıqdan sonra kim işə qəbul edəcək?”

O qeyd edib ki, indiyə qədər işçilərə bu məsələ ilə bağlı heç bir rəsmi sənəd təqdim olunmayıb. Əgər belə bir rəsmi sənəd mövcuddursa və buna həmkarlar təşkilatı imza atıbsa, həmin təşkilat dərhal istefa verməlidir:

“SOCAR-da son illər yüksək vəzifələrə sahə üzrə peşəkar təcrübəsi olmayan şəxslər gətirilib. Görəsən, bu insanları kim və nə vaxt imtahan edəcək?”

İxtisarların səbəbi struktur dəyişikliyidir, yoxsa neft hasilatının azalması?

İxtisarların səbəbi kimi “Azneft”də struktur dəyişikliyi göstərilir, lakin bu dəyişikliyin necə aparılacağı barədə aydın məlumat verilmir. Deyilənə görə, SOCAR-da “Downstream”, “Midstream” və “Upstream” adlı yeni qurumlar yaradılır, amma bu prosesin mahiyyəti və nəticələri işçilərə izah edilmir.

Hüquq müdafiəçisi hesab edir ki, kütləvi ixtisarların arxasında Dövlət Neft Şirkətində neft hasilatının aşağı düşməsi dayanır:

“Şirkətin yuxarı strukturlarında müşavirlərin, müavin ştatlarının sayı artırılıb, amma aşağı vəzifələrdə olan işçilər ixtisara salınıb. Ona görə də ümumi işçi sayı dəyişmir”.

“Struktur dəyişiklikləri heç bir nəticə verməyəcək, çünki hasilatı artırmaq lazımdır. Bu sahədə olan mütəxəssisləri işdən çıxarırlar. Gənc mütəxəssislərin gətirilməsinin tərəfdarıyam, amma kadrı yetişdirmək lazımdır, kadr qohumbazlıqla yetişmir”,- deyə M.Qəhrəmanlı bildirir.

2023-cü ilin məlumatına görə, SOCAR-ın strukturuna daxil olan müəssisələr üzrə işçi heyətinin sayı 48,3 min nəfər təşkil edib. Sonuncu dəfəf 2022-ci ildə aparılan kütləvi ixtisarlar nəticəsində təqribən 830 işçinin əmək müqaviləsinə xitam verilmişdi. 2023-cü ildə yeni vəzifə ştatlarının açılması işçi sayının artmasına səbəb olsa da, neft hasilatının azalması və neft quyularının bağlanması növbəti ixtisar dalğasına yol açıb.

Azəriqaz” 80 xadiməni də imtahana cəlb edib

M.Qəhrəmanlı deyir ki, SOCAR-ın digər strukturu olan “Azəriqaz” İstehsalat Birliyində təşkil olunan imtahanlar nəticəsində yanvar ayından indiyədək təqribən 300 işçi qanunsuz şəkildə işdən çıxarılıb:

“Bizə daxil olan ərizə və şikayətlər əsasında təqribi hesablamalarımıza görə 300-ə yaxın insan ixtisara düşüb. Regional qaz istismar idarələrində isə ümumilikdə 80 xadiməni işdən çıxarıblar. Məsələn, Lənkərandan bir xadimə yazmışdı ki, onu imtahana cəlb ediblər, o, suallara cavab verə bilmədiyi üçün ixtisara salınıb. Bilmirəm, “Azəriqaz” həmin xadiməyə imtahanda hansı suallar verib.”

Hüquq müdafiəçisi əlavə edib ki, “Azəriqaz”da ixtisar prosesi aşağı vəzifəli işçilər arasında daha çox müşahidə olunur:

“Aşağı vəzifədə olan çilingərləri, texniki işçiləri işdən çıxarırlar. Növbətçi çilingərlər arasında sürücülük vəsiqəsi olmayanları ixtisar etdilər, bəhanə gətirdilər ki, sürücülük ştatları ləğv olunduğuna görə, onlardan sürücülük vəsiqəsi tələb olunur. Halbuki əmək müqaviləsində belə bir öhdəlik nəzərdə tutulmayıb. Əmək müqaviləsində bütün öhdəliklər açıq şəkildə göstərilməlidir.Aşağı vəzifələrdə ixtisarlar aparılsa da, yuxarı vəzifələrdə müavin və müşavir ştatlarında artım olub. Bu prosesi 9-10 aydır ki, müşahidə edirik”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisinin şikayəti üzrə məhkəmə prosesi keçirilib
Bu gün, 12:31
Sabah hava az çiskinli olacaq - belə deyirlər...
Bu gün, 12:29
Ədliyyə Nazirliyinin İCRA XİDMƏTİnin “elektron icra” dələduzluğu - BU DA FAKT...
Bu gün, 12:26
“Natiq Nuriyevin günahı yoxdur” - 5 min təzminat ödədi
Bu gün, 12:22
Həyat yoldaşının səhifəsində narkotiki təbliğ edən video paylaşdı - Bloger həbs edildi
Bu gün, 12:17
“Hər kəs boyundan yuxarı hoppana bilməz, “Qarabağ” isə hoppanıb” - Aqil Abbas
Bu gün, 12:11
Daha bir məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 12:08
Valeh Mirzaliyev respublikanın təhsil müəssisələrini bir nəfərə bağlı iki şirkətin ümidinə qoyub - BU NƏDİ BELƏ?
Bu gün, 12:05
İsmayıllıda yeni istifadəyə verilən "Talıstan" liseyinə direktor təyinatı olub - ƏMR
Bu gün, 11:59
İş qurmaq adı ilə 87 min manatlıq dələduzluq edilib, bir nəfər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:58
Rasional düşüncənin oyanışı: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 11:56
Ramiz Mehdiyevin daha bir adamı, nazir, deputat – GÖZLƏNİLMƏZ AD – GÖZLƏNİLMƏZ AD
Bu gün, 11:52
Yarım milyonluq ofis qalmaqalı: “AMAY” rəhbərliyi məğlub oldu - MƏHKƏMƏ
Bu gün, 11:48
Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… – Sırada Ramiz Mehdiyev var?
Bu gün, 11:46
Nazirlik 20 milyonluq sifarişi eyni şirkətə verdi - DETALLAR
Bu gün, 11:41
Elm və Təhsil Nazirliyinin mətbu orqanı borca düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:35
4 milyon manatlıq aqropark - LƏĞV OLUNUR
Bu gün, 11:34
Bakını sökəndə də İKİ YERƏ BÖLÜB SÖKÜRLƏR... - AXI NİYƏ?
Bu gün, 11:31
“Bu, Həcc deyil, din biznesidir” - İlahiyyatçı Elşad Miridən Kəbəyə gedənlərə ağır ittihamlar
Bu gün, 11:27
Bakıda KURYOZ OLAY - tibb bacısı xəstənin qızıllarını oğurladı
Bu gün, 11:25
Mehdiyevə TİBBİ EKSPERTİZA təyin olunacaq: YADDAŞINI itirib? – məsuliyyətdən yayınmaq üçün ŞOK OYUN
Bu gün, 11:21
Dərsliklərin dili niyə şagirdlər üçün anlaşılmaz olur? - AKTUAL
Bu gün, 11:18
Pezeşkiandan etiraf - “Bizi işləməyə qoymurlar”
Bu gün, 11:14
Təbrizdə illik kitab sərgisi yenə də ləğv edildi
Bu gün, 11:10
"Mənə muğam oxutdurub 50 dollar verdi"
Bu gün, 10:56
Sabirabad icra və probasiya şöbəsi üçün binanın icarəsinə bu qədər vəsait ödəniləcək
Bu gün, 10:54
II Qaregin həbs olunsa belə, katolikosluqdan imtina etməyəcək - “Joxovurd”
Bu gün, 10:52
"Cənab İlham Əliyevi Tehranda gözləyirik" - Pezeşkianın köməkçisi
Bu gün, 10:49
RAMİZ MEHDİYEVİN QIZI NƏYƏ VƏ YA KİMƏ ÜMİD EDİRMİŞ? - İLGİNC
Bu gün, 10:47
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi UCDANTUTMA RÜŞVƏT BURULĞANINDA - Fermerlər DAD DEYİR...
Bu gün, 10:42
“İrəvanda gəzintiyə çıxdıq, münasibət tam normal idi” - Kəmalə Məmmədova Ermənistana səfərdən danışdı
Bu gün, 10:34
Lukoyl-un Azərbaycandakı fəaliyyəti ABŞ sanksiyalarından azad olunub - KİV
Bu gün, 10:30
Həmin hadisəyə görə məhkəməlik oldular - Vatsapda ikisi də nalayiq danışıb...
Bu gün, 10:29
Süleyman Abdullayevin qızından nazirə MÜRACİƏT - “Atamın adına musiqi məktəbinin yaradılmasını istərdik”
Bu gün, 10:12
"Hamısına rüşvət vermişəm, kimə istəyirsən, de!" - "Faktor Lizinq" sakinlərin evini əlindən alıb?
Bu gün, 10:05
YASAMALI NİYƏ XARABA GÜNƏ QOYURLAR AXI... - Barı yaşıllıqlara dəyməyin...
Bu gün, 09:57
Faktiki olaraq Azərbaycan Ermənistana çörək verir - RƏY
Bu gün, 09:50
İşçiyə hədə-qorxu gəlir... işçini ŞANTAJ EDİRLƏR... - AXI NİYƏ?
Bu gün, 09:41
TELEFON DƏLƏDUZLARI İŞ BAŞINDA... - DİQQƏT!
Bu gün, 09:28
Qida və mebel satan şirkətin 89 MİN VERGİ BORCU VAR - TƏFƏRRÜAT
Bu gün, 09:20
Ermənistanla sülh danışıqları real mərhələyə keçdi... - BUNDAN SONRA...
Bu gün, 09:17
“Səbail-Bazar” ATSC-də yığıncaq keçiriləcək
Bu gün, 09:14
"Bu, Ermənistanın təhlükəsizliyi üçün da önəm daşıyır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Ramiz Mehdiyevin həbsdəki adamı: Ona da xəyanət etmişdi - DETALLAR
Bu gün, 08:58
Burda əməlli-başlı BAZAR AÇIBLAR... - İTTİHAM VAR...
Bu gün, 08:56
Bölgənin zəif “bəndi” - Rusiya Ermənistanı ram eləsə...
Bu gün, 08:50
Mehdiyev çalışırmış ki, işğalçı Ermənistanla eyni hərbi blokda olaq... - FAKTLAR AÇIQLANIR...
Bu gün, 07:40
Tramp Putinin niyyətini anladı və hərəkətə keçdi - VP
Bu gün, 07:38
726 min manatlıq vergi borcu olan “AZ-TEX-IMPORT” HOQQA VERİR - 20 gündə 9.171.445,8 AZN və ...
Bu gün, 07:33
Qayıbov 1 milyonu görün, kimə HƏVALƏ ETDİ... - TƏFƏRRÜAT
Bu gün, 07:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru