Sosial şəbəkələrdə bir neçə ay əvvəl 240 nömrəli məktəbdə direktorla birlikdə məktəbin xadimələrinə maşın yuduzduran direktor müavini Arifə Məmmədovanın Bakı şəhəri 20 nömrəli məktəb-liseyə direktor təyin edilməsi barədə məlumat yayılıb.
Məsələyə aydınlıq gətirməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bəşarət Məmmədov Bakupost.az-a açıqlamasında məlumatın yalan olduğunu bildirdi. Onun sözlərinə görə, bu xəbər kökündən səhvdir.
“Əvvəla, Arifə Məmmədova vaxtilə 240 saylı orta məktəbdə direktor müavini işləsə də, maşını xadiməyə o deyil, direktor Esmira Məmmədova ilə digər müavin Esmiralda Heydərli yuduzdurub. Arifə Məmmədovanın haqqında deyilənlər tamamilə yalandır. Bu xəbəri onun həmyerlisi Feysbukda yayıb. Yəqin aralarında şəxsi probemləri olub”,- deyə mətbuat katibi qeyd etdi.
Arifə Məmmədovanın Bakı şəhəri 20 nömrəli məktəb-liseyə direktor təyin edilməsi barədə də danışan B.Məmmədov bu xəbərin də əsassız olduğunu, onun hazırda 190 saylı orta məktəbdə direktor müavini vəzifəsində çalışdığını bildirdi.