AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Böyük Britaniyanın “The Telegraf” nəşri belə məlumat yayıb.
“Təklif Donald Trampın Qəzza üzrə sülh razılaşması əsasında hazırlanıb. NATO-nun baş katibi Mark Rütte oktyabrın 22-də planı ABŞ prezidenti Donald Trampa təqdim edəcək”, - qəzet yazır.
Mənbələrə istinad edən “Reuters” agentliyi 12 bənddən ibarət planının əsasən aşağıdakı məramlara fokuslandıını bildirib.
- planın icrasına ABŞ prezidentinin sədri olduğu şura nəzarət edəcək;
- Moskva və Kiyev azad edilmiş ərazilərin “idarə olunması ilə bağlı danışıqlara başlayacaq”, amma nə Avropa, nə də Ukrayna onları hüquqi cəhətdən Rusiyanın tərkib hissəsi kimi tanımayacaq;
- Ukrayna təhlükəsizlik zəmanətləri, “zərərin kompensasiyası” üçün vəsait və Avropa İttifaqına (Aİ) sürətli daxil olmaq imkanı alacaq;
- Rusiyaya qarşı sanksiyalar tədricən ləğv ediləcək, lakin onun dondurulmuş ehtiyatlarının yalnız Moskvanın “Ukraynanın bərpasına töhfə verməyə razı olmasından” sonra qaytarılacaq;
- atəşkəsdən sonra əsirlərin mübadiləsi aparılacaq;
- Rusiyanın Ukraynadan zorla apardığı uşaqlar qaytarılır.
Xatırladaq ki, daha əvəvl Ağ Evin jurnalistlər qrupu Donald Trampın Rusiya və Ukraynaya cari cəbhə xəttində dayanmaq və “daha sonra hansısa danışıqlar aparmaq” təklifini təkrarladığını bildirib.
Lakin Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məsələ ilə bağlı Moskvanın mövqeyinin dəyişməz olaraq qaldığını diqqətə çatdırıb.
Başqa sözlə desək, Kreml Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin və Krım yarımadasının həm de fakto, həm də de-yure Rusiyanın tərkib hissəsi kimi tanınması iddiasından geri çəkilmir. Bundan əlavə, Moskva Ukraynadakı indiki hakimiyyət rejiminin dəyişdirilməsi ideyasında israrlıdır.
Ukrayna münaqişəsinin həlli ilə bağlı Avropa ölkələri və Kiyevin təklifi Amerikanın Qəzza zolağının nizamlanması planına oxşar şəkildə modelləşdirilib.