İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasını tənqid edənlərə cavab verib.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bununla bağlı o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
Yusif Pezeşkian bildirib ki, ölkədə nöqsanları və problemləri etiraf etmək islahatın başlanğıcıdır və prezident bu məsələdə dürüstlük nümayiş etdirir.
Onun sözlərinə görə, Pezeşkianın planı və gələcəyə baxışı var, ümidi var, ancaq onun ideyaları ictimaiyyətə düzgün çatdırılmır.
"Prezidentin intellektual paradiqması onu tənqid edənlərin baxışından fərqlidir", - deyə Y.Pezeşkian yazıb.
O, əlavə edib ki, ölkədə problemlərin həlli üçün hökumət, parlament, məhkəmə, dini qurumlar və xalqın iştirakı vacibdir.
"Təkrarlanan üsullarla yeni nəticə gözləmək olmaz. Hərəkət yaratmaq üçün bəzən sistemin müəyyən yerlərini silkələmək lazımdır", - deyə o vurğulayıb.