"Şikayətim "Baku Electronics"dəndir. 22 sentyabr tarixində radiator almışıq. Bu şəbəkənin Xırdalan filialından..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Аygün adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "30 ədəd sifariş etdik... 20 ədədini filialdan götürdük, 10 ədədi isə digər filialdan gələcək, dedilər... həm də 2-3 gün ərzində.
Gəlmədi və heç bir məlumat verilmədi... Həftə ərzində özüm yaxınlaşdım filiala, dedilər, yanlışlıq olub... sizin məhsulu başqa müştəriyə satmışıq. Heç nə demədim, normal şəkildə iade etməklərini tələb etdim. Mənə həftə sonuna lazım idi (usta gələcəkdi, vaxt təyin olunmuşdu). Məhsul da İmişli filialından gəlir, dedilər...
29 sentyabr tarixində iadə etdilər dediklərinə görə... Amma hələ da mənim kartıma ödəniş oturmayıb. "Leo bank" ilə əlaqə saxlayıram, sənəd tələb edirlər, mağaza isə mənə sənəd təqdim etməyib. Hara müraciət edirəmsə də xeyri olmayıb..."