Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib.
"DİA-AZ" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla o, bu mükafata Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, sabah Y.Eyyubovun 80 yaşı tamam olur.