Mehdiyev ailəsinin “baş kassiri” kimdir? .....                     Ramiz Mehdiyevin İMİŞLİDƏKİ ƏLALTISI... .....                     ÇAĞIRIŞ: AYNA-nın rəhbərliyi gəlsin burada avtobusa minsin, görək... .....                     Tofiq Yaqublunun şikayətinə sabiq deputat baxacaq .....                     “Aİ Ukrayna üzrə plan hazırlayıb” .....                     "Əli Həsənov dedi ki, o, bu yaşdan sonra pula satılmaz” .....                     Putinə söz verdilər: .....                     Naxçıvanın quru sərhədləri açıqdır, amma buna baxmayaraq... .....                     Nazir yeni şöbə müdiri təyin etdi .....                     Azərbaycan “Aİ-95”i xaricdən 1 manat 5 qəpiyə alıb, Gürcüstana 83 qəpiyə satıb .....                     "Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib .....                     Azərbaycanda mal əti bahalaşdı .....                     “QHT işi”ndə Qalib Bayramovla bağlı ittiham aktı elan edilib .....                     Baş nazirin I müavini Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib .....                     “Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan edib .....                     Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq .....                     Tovuzda məktəb direktoru İŞDƏN ÇIXARILDI .....                     Naxçıvan təhsilində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     “Xaricdə təhsil” yoxsa “yerli fırıldaq”? .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu .....                     "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimi keçirilir .....                     Renkadan keçmiş həyat yoldaşı ilə bağlı ETİRAF .....                     Eks-deputat sabiq komitə sədrini gündəmə gətirdi .....                     Əliyevin açıqlamasına Rubinyandan reaksiya: .....                     Növbəti döyüş “Şuşa yaxınlığında” olacaq .....                     Rusiya ABŞ-yə Ukrayna ilə bağlı nota göndərib .....                     Prezidentlə birlikdə Qazaxıstana o da gedibmiş .....                     Paşinyan tranzit məhdudiyyətlərinin aradan qaldırılmasına görə .....                     `ŞİRVANŞAH`IN QÜRUBU... .....                     Məşhur vəkilin evi qarət olundu .....                     AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda .....                     İCRA BAŞÇISI ƏHALİNİN TORPAĞINDA RAMİZ MEHDİYEVƏ VİLLA TİKİB .....                     Məhkəmə bibisi oğlunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı .....                     Həbsdəki sabiq qərargah rəisi vaxtından əvvəl azadlığa çıxdı .....                     Mirdaməd Seyidov 10 manatlıq şirkətdən yarım milyonluq bağ alətləri alır .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     “İllərlə bəslənən ideyalar Ermənistanın inkişafını əngəlləyib” .....                     “Ayrıca otağımız yoxdur, çox şəraitsiz binada çalışırıq...” .....                     AYNA üçün qanunlar mövcud deyil... .....                     "Tramp marşrutu"nu qısa müddətdə açmaq mümkün deyil .....                 

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - QƏRAR
Tarix: Bu gün, 10:06 | Çap et

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.

Bu barədə "DİA-AZ" Mərkəzi Banka istinadən xəbər verir.

Faiz dəhlizi ilə bağlı qərarın qəbulu zamanı faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud şərait, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.

Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə 5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib. İllik baza inflyasiya 4.9% olub.

Beynəlxalq mühitdə qeyri-müəyyənliklərin hələ də qalması qlobal əmtəə qiymətlərində də dalğalanmalara səbəb olur. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin sentyabrında əmtəə qiymətləri indeksi illik 3.3% artmış, ərzaq və içki qiymətləri indeksi isə 2.6% azalıb. BVF oktyabrda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu dəyişməz saxlayıb (4.2%), 2026-cı ilə dair proqnozu isə cüzi artırıb (3.7%).

Xarici valyuta bazarında vəziyyət stabildir və burada ümumilikdə təklif tələbi üstələyir. Son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.8 faiz bəndi azalaraq sentyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1.8 mlrd. ABŞ dolları təşkil edib. Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir. Mərkəzi Bankın 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib. 2026-cı ilə isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Ümumiyyətlə təminatsız pul bazarında aktivlik yüksək olmuş, 9 ayda əqdlərin sayı ötən ilin müvafiq dövrünə nəzərən 16.1% artıb. Bu bazarda faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib. AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7.15%, avqustda 6.97%, sentyabrda 6.96%, oktyabrın ötən dövründə isə 6.89% olub. Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır. Avropa Yenidənqurma və İnkişaf Bankının AZIR indeksinə bağlanmış manatla istiqrazlar yerləşdirməsi bu indeksin maliyyə bazarlarında istinad dərəcəsi kimi rolunu daha da artırır. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda, yeni cəlb edilmiş manatla depozit və yeni verilmiş kredit faizlərində azalmalar qeydə alınıb. Bütün bunlara təsir edən mühüm amillərdən biri cari ilin iyul ayında faiz dəhlizi parametrlərindəki azalma olub.

Baza ssenarisinə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olacağı gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlıdır.

Ötən iclasdan sonra inflyasiyanın risklər balansında nəzərəçarpan dəyişiklik baş verməyib. Qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarlarında dalğalanmaları davam etdirir. Əsas xarici risk mənbəyi olan idxal qiymətlərinin daxili inflyasiyaya təsiri ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikası ilə bağlıdır. Daxili risk faktorları ilə bağlı qeyd olunmalıdır ki, yenilənmiş proqnozlar növbəti dövrdə inflyasiyanın, əsasən, təklif – xərc amilləri hesabına formalaşacağını göstərir. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artımının səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il dekabr ayının 10-da ictimaiyyətə açıqlanacaqdır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mehdiyev ailəsinin “baş kassiri” kimdir? – Köhnə elitanın maliyyə şəbəkəsinin iç üzü
Bu gün, 13:26
Ramiz Mehdiyevin İMİŞLİDƏKİ ƏLALTISI... - Görün, nə işlə məşğul olur...
Bu gün, 13:16
ÇAĞIRIŞ: AYNA-nın rəhbərliyi gəlsin burada avtobusa minsin, görək... - NARAZILIQ VAR...
Bu gün, 13:07
Tofiq Yaqublunun şikayətinə sabiq deputat baxacaq - FOTO
Bu gün, 13:01
“Aİ Ukrayna üzrə plan hazırlayıb” - The Telegraf
Bu gün, 12:56
"Əli Həsənov dedi ki, o, bu yaşdan sonra pula satılmaz” - Partiya sədrləri arasında toqquşma
Bu gün, 12:45
Putinə söz verdilər: - Gəlsə, həbs olunmayacaq
Bu gün, 12:43
Naxçıvanın quru sərhədləri açıqdır, amma buna baxmayaraq... TURİZM BATIR!
Bu gün, 12:23
Nazir yeni şöbə müdiri təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:20
Azərbaycan “Aİ-95”i xaricdən 1 manat 5 qəpiyə alıb, Gürcüstana 83 qəpiyə satıb - BU NƏDİ BELƏ?
Bu gün, 12:18
"Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib - ƏMR
Bu gün, 12:15
Azərbaycanda mal əti bahalaşdı - Yeni qiymətlər
Bu gün, 12:05
“QHT işi”ndə Qalib Bayramovla bağlı ittiham aktı elan edilib - TƏFƏRRÜAT
Bu gün, 12:00
Baş nazirin I müavini Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 11:58
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan edib - FOTO
Bu gün, 11:51
Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq - DİQQƏT!
Bu gün, 11:49
Tovuzda məktəb direktoru İŞDƏN ÇIXARILDI - ƏMR
Bu gün, 11:45
Naxçıvan təhsilində NƏ İŞLƏR ÇEVRİLİR? - TOTAL NARAZILIQ...
Bu gün, 11:37
“Xaricdə təhsil” yoxsa “yerli fırıldaq”? - İTTİHAM VAR...
Bu gün, 11:32
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu - Ölü təşkilatları belə dirildirlər...
Bu gün, 11:30
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimi keçirilir - VİDEO
Bu gün, 11:23
Renkadan keçmiş həyat yoldaşı ilə bağlı ETİRAF - "Biz boşanandan sonra o..."
Bu gün, 11:20
Eks-deputat sabiq komitə sədrini gündəmə gətirdi - Qərib Məmmədovdan nə xəbər?
Bu gün, 11:14
Əliyevin açıqlamasına Rubinyandan reaksiya: - Bu, inqilabdır!
Bu gün, 11:09
Növbəti döyüş “Şuşa yaxınlığında” olacaq – Şahnazaryan
Bu gün, 11:06
Rusiya ABŞ-yə Ukrayna ilə bağlı nota göndərib - "Reuters"
Bu gün, 11:00
Prezidentlə birlikdə Qazaxıstana o da gedibmiş - Foto
Bu gün, 10:49
Paşinyan tranzit məhdudiyyətlərinin aradan qaldırılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Bu gün, 10:43
`ŞİRVANŞAH`IN QÜRUBU... - Onun da sonu yetişib...
Bu gün, 10:39
Məşhur vəkilin evi qarət olundu - AÇIQLAMA
Bu gün, 10:35
AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda - FOTO
Bu gün, 10:33
İCRA BAŞÇISI ƏHALİNİN TORPAĞINDA RAMİZ MEHDİYEVƏ VİLLA TİKİB - Bir bağın tarixçəsi...
Bu gün, 10:26
Məhkəmə bibisi oğlunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı
Bu gün, 10:16
Həbsdəki sabiq qərargah rəisi vaxtından əvvəl azadlığa çıxdı - 4 İL İŞ ALMIŞDI
Bu gün, 10:14
Mirdaməd Seyidov 10 manatlıq şirkətdən yarım milyonluq bağ alətləri alır
Bu gün, 10:07
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - QƏRAR
Bu gün, 10:06
“İllərlə bəslənən ideyalar Ermənistanın inkişafını əngəlləyib” - ELƏ BUNA GÖRƏ DƏ...
Bu gün, 10:05
“Ayrıca otağımız yoxdur, çox şəraitsiz binada çalışırıq...” - ETİRAZ
Bu gün, 10:03
AYNA üçün qanunlar mövcud deyil... - Tendersiz-filansız...
Bu gün, 10:01
"Tramp marşrutu"nu qısa müddətdə açmaq mümkün deyil - ŞƏRH
Bu gün, 10:00
Məhkəmə xanım məmuru oğurlayanlarla bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:58
Bazarlar bağlanır, ət qəhətə çəkilir: Toyuq bahalaşır? - BELƏ HARA GEDİRİK?..
Bu gün, 09:54
İlham Əliyev ilk və... TARİXİ ADDIMI ATDI... - İNDİ İSƏ...
Bu gün, 09:49
Erməni kilsəsində inqilab: II Qaregini o əvəzləyəcək -“İravunk”
Bu gün, 09:46
“Lənkəran Konserv Zavodu” MMC-də YENİ RƏHBƏRLİK - BUNDAN SONRA...
Bu gün, 09:43
20 manatlıq şirkətin vergi borcu 879 min manatı ötüb - DETALLAR
Bu gün, 09:38
Öz ərizəsi ilə işdən çıxmışdı, cinayət məsuliyyətinə cəlb edildi - TƏFƏRRÜAT
Bu gün, 09:27
Ramik Əşrəfov NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 09:24
Səhnədəki Velma... – Dilarə Kazımovanın teatr debütü yaxınlaşır
Bu gün, 09:10
Ələtdə ölən piyadanın atası morqun qarşısında infarkt keçirdi - YAS-YASA QARIŞDI
Bu gün, 09:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru