Macarıstan hökuməti Rusiya Prezidenti Vladimir Putinə qarşı Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) qərarlarını yerinə yetirməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto məlumat verib.
Nazir Vladimir Putinin ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün rahat şəkildə Budapeştə səfər edə biləcəyini söyləyib.
Siyarto xatırladıb ki, Macarıstan artıq BCM-dən çıxmaq qərarını elan edib və bu məhkəmənin qərarlarını tanımır.
“Prezident Putin yayda ABŞ-yə (Alyaska) səfər etmişdi və orada həbs olunmadı. Əgər o, Macarıstana gəlsə, burada da həbs olunmayacaq. Ümid edirəm ki, Avropa ölkələri onun Budapeştə uçmasına icazə verəcəklər, çünki onun Prezident Tramp ilə görüşü sülh naminə çox vacibdir. Əgər hansısa ölkə Rusiya prezidentinin təyyarəsinə öz hava məkanından keçməyə icazə verməsə, bu o deməkdir ki, həmin ölkə sülh istəmir”, - Macarıstanın baş diplomatı qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ və Rusiya prezidentlərinin Budapeştdə gözlənilən görüşünün təxirə salınması barədə məlumat yayılıb. Donald Tramp bəyan edib ki, görüşün olub-olmayacağına iki gün ərzində qərar veriləcək.